Şah İsmayıl Xətai dahi yoxsa?

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Fox.AZ
Qaynar olaylar Texnologiyalar Canlı ünsiyyət (Bloqlar)
Gündəlik həyat Şou-biznes
  Müzakirələr (Forum)
Avto dünya Xüsusi layihələrimiz Yükləmələr
İdman və sağlamlıq Mobil xidmətlər Online arxiv
 

6 səhifədən 1-cisi 12345 ... По?ледн??По?ледн??
Показано ? 1 по 20 из 114.
  1. #1
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Hungary
    İsmarıc sayı
    5,782
    Təşəkkür edirəm!
    1,104
    Təşəkkür alıb: 3,092 dəfə, İsmarıc; 1,695

    По умолчанию Şah İsmayıl Xətai dahi yoxsa?

    Şah İsmayıl Xətai (17 iyul, 1487, ?rdəbil - 23 may, 1524, ?rdəbil).

    Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli dövlət xadimi, sərkərdə və şair.

    Böyuk dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan və İran*da, möhkəm dövlətçilik sistemi yaratmışdır. Şah İsmayıl Azərbaycan dilini dövlət dili elan edib, milli dövlətçilik ən’ənələri, atributları baxımından, Azərbaycanın dövlətçilik tarixində yaratdığı Səfəvilər dövləti ilə yeni mərhələ açmışdır.

    Həyatı

    Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də ?rdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir) ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

    Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (148, İsmayıl anası və qardaşları - Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan ?linin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək ?rdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət ?rdəbildə daha sonra Rəştdə gizlədirlər.

    Sonra onu Lahicana, Gilan hakimi Mirzə ?linin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.


    13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün ?rdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə ?rzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

    I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

    Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən ?rdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

    Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal ?rdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini ?rdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

    Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi»

    Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri

    Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

    Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

    Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

    Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

    O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

    Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

    Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

    Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

    ?lə keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə ?rzican, Sivas, Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə "Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu ?rdəbilli olub kafirə döndü." deyiləcəkdi.

    Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

    Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

    Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə ?rdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil." deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

    Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

    Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, ?. Məmmədov, O. ?fəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

    SİZ BİZİM Ş?XSİYY?T HAQDA N? DEY? BİL?RSİZ?
    O DAHİ SAYILMALIDIR YA YOX?

    Bölümdə olan digər mövzularla tanış olur::

    По?ледний раз редактировало?ь Nevermind; 21.07.2008 в 19:29
    Barça-Fan


    Həqiqətən də Hz Yunusun balinanın içində 3 gün yaşadığına inanırsız?

  2. Göstərilən 7 foksarik bu posta görə Nevermind üçün təşəkkür etdilər:

    Antiran (17.07.2009), emin_m (31.01.2009), Farid2M (12.01.2009), GrandeZZa (31.01.2009), Napoleon (31.01.2009), Onder (11.07.2009), vugoboss (31.01.2009)

  3. #2
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    <<<<< Korsika >>>>>
    İsmarıc sayı
    8,212
    Təşəkkür edirəm!
    5,939
    Təşəkkür alıb: 4,509 dəfə, İsmarıc; 2,466

    По умолчанию Ответ: Şah İsmayıl Xətai dahi yoxsa?

    Mənim üçün Şah İsmayil Xətai Azərbaycan tarixinin ən dahi simasıdı ..........Bəli O dahidir ........
    Кра?ива? женщина нравит?? глазам, а добра? ?ердцу; одна бывает прекра?ною вещью, а друга? ?окровищем.

    ?аполеон Бонапарт

  4. Göstərilən foksarik bu posta görə Napoleon üçün təşəkkür etdi:

    Onder (11.07.2009)

  5. #3
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Azərbaycanın tarixində misli görünməyən bir dövlət xadimidir. 15 yaşında taxta çıxıb və böyük bir dövlətin təməlini qoyub. siyasi baxışları da diqqəti cəlb edib. dosta-dost, düşmənə düşmən! Sadəcə Çaldıran döyüşü tarixin səhvi idi. Üstəlik həmin döyüşdə odlu silahlardan istifadə edilməyəcəkdi, amma Osmanlılar bunun əksinə hərəkət etdilər. Belə halda Səfəvilər təbii ki, məğlub olmalı idilər.
    Xətai dahidir.

  6. #4
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    Корабль Дураков
    İsmarıc sayı
    4,377
    Təşəkkür edirəm!
    1,689
    Təşəkkür alıb: 3,772 dəfə, İsmarıc; 1,699

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Gəlin yabundaynan müəyyənləşdirək...

    Bu yaxınlarda kanalların birində Ş.İ.Xətainin sms faizi aşagı düşdüyündən dahi ola bilmədi. Deyirsiz indi onun ?rdəbildən Bakıya 2 il ərzində bütün torpaqları Vahid Azərbaycan adı altında birləşdirmək kimi CILIZ addımı smslər nəticəsində sübut olunmuş qeyri- dahiliyini örtbasdır edəcək???:???:

  7. Göstərilən foksarik bu posta görə Ad infinitum üçün təşəkkür etdi:

    Onder (11.07.2009)

  8. #5
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    ha, ha, ha. Bu telekanallar yemək yeməyimizi də sms-lə müəyyənləşdirəcəklər axırda
    Dahilərin divanı verilişi, sadəcə kommersiya verilişidir. ?gər kiminsə dahi olması, vətənpərvər olması, Vətən üçün nəsə etməsinə biz sms-lə qiymət veririksə, o zaman o kanal hansı məqsədə qulluq edəcək? Sonra da deyirlər ki, Biz Xalqın mənafeyinə xidmət edirik. Xalq üçün sms-lə "bozbaş" müğənni seçirik. Xalq üçün canını verənlərin ruhunu da sms göndərib zirvələrə yüksəltməklə təhqir edirik.

  9. #6
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Bəli o dahidir..



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  10. #7
    Qeydiyyat
    Dec 2008
    Ünvan
    Baki
    İsmarıc sayı
    32
    Təşəkkür edirəm!
    0
    Təşəkkür alıb: 5 dəfə, İsmarıc; 5

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    dahidir...
    dine ise agir zerbe vurub
    Ölümdən yox
    Yaşadığın mənasız həyatdan qorx

  11. #8
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Baki
    İsmarıc sayı
    311
    Təşəkkür edirəm!
    290
    Təşəkkür alıb: 212 dəfə, İsmarıc; 105

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    bu da ans in verlishini xeyri ...
    ancaq bir defe ans deki apariciya dediler: gerek ozun onlara qiymet vermeye layiq olasan
    belede ki, ozun bilersen...:morning:

  12. Göstərilən 3 foksarik bu posta görə Agadadash üçün təşəkkür etdilər:

    Ad infinitum (21.05.2009), Farid2M (25.12.2008), Onder (11.07.2009)

  13. #9
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    "Xətai" təxəllüsünün tarixi barədə danışaq. İnfi, bura gəl:morning: axı sən ekstrasan

  14. #10
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Istanblue
    İsmarıc sayı
    3,355
    Təşəkkür edirəm!
    2,345
    Təşəkkür alıb: 3,135 dəfə, İsmarıc; 1,392

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Цитата Сообщение от Ebu_Aazam По?мотреть ?ообщение
    dahidir...
    dine ise agir zerbe vurub
    Xətai dinə nə kimi zərbələr vurub?İzah edə bilərsən?

  15. #11
    Qeydiyyat
    Jan 2009
    Ünvan
    My LoveLy CitY
    İsmarıc sayı
    283
    Təşəkkür edirəm!
    91
    Təşəkkür alıb: 129 dəfə, İsmarıc; 91

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Xetai dahidir. onun hakimiyyeti dovrunde butun senedlesmeler dogma dilimizde aparilirdi
    :girldreams:

  16. Göstərilən foksarik bu posta görə GrandeZZa üçün təşəkkür etdi:

    Napoleon (31.01.2009)

  17. #12
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Hungary
    İsmarıc sayı
    5,782
    Təşəkkür edirəm!
    1,104
    Təşəkkür alıb: 3,092 dəfə, İsmarıc; 1,695

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Xətai dahi olsaydı onun təxəllüsü Xətai(xəta sözündən gəlmiş) olmazdı.O sonda özü də səhf etdiyini anlayıb həm də.
    Barça-Fan


    Həqiqətən də Hz Yunusun balinanın içində 3 gün yaşadığına inanırsız?

  18. #13
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    <<<<< Korsika >>>>>
    İsmarıc sayı
    8,212
    Təşəkkür edirəm!
    5,939
    Təşəkkür alıb: 4,509 dəfə, İsmarıc; 2,466

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Elə bir dahi göstərə bilərsən xətası yoxdu ?
    Кра?ива? женщина нравит?? глазам, а добра? ?ердцу; одна бывает прекра?ною вещью, а друга? ?окровищем.

    ?аполеон Бонапарт

  19. #14
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Istanblue
    İsmarıc sayı
    3,355
    Təşəkkür edirəm!
    2,345
    Təşəkkür alıb: 3,135 dəfə, İsmarıc; 1,392

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Sənin sözündən belə çıxır ki,Füzuli də dahi şairimiz olmayıb,boş-boğaz olub.Təxəllüsünün mənası elədi axı
    Vahid Azərbaycan yaradan dahi şahımızın adına ləkə salmayın!
    Şah İsmayıl Azərbaycanın elə mənə görə də ən dahi insanıdır.

  20. Göstərilən 2 foksarik bu posta görə emin_m üçün təşəkkür etdilər:

    Ely@ (08.02.2011), Napoleon (31.01.2009)

  21. #15
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Hungary
    İsmarıc sayı
    5,782
    Təşəkkür edirəm!
    1,104
    Təşəkkür alıb: 3,092 dəfə, İsmarıc; 1,695

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Osmanlı Sultanına yemək kimi öz qəbizin göndərib.Sonra Osmanlı sultanı cavab olaraqk ən yaxşı yemıklərdən göndərib ki kim nə yeyirsə onu da göndərir.Bu sadəcə olaylardan bir dənəsidir =)))
    Barça-Fan


    Həqiqətən də Hz Yunusun balinanın içində 3 gün yaşadığına inanırsız?

  22. #16
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    <<<<< Korsika >>>>>
    İsmarıc sayı
    8,212
    Təşəkkür edirəm!
    5,939
    Təşəkkür alıb: 4,509 dəfə, İsmarıc; 2,466

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Orxan inan təsəvvür eləməzdim 3-4 ayın içində Türkiyə ideologiyası Sənə belə təsir edər :???:
    Кра?ива? женщина нравит?? глазам, а добра? ?ердцу; одна бывает прекра?ною вещью, а друга? ?окровищем.

    ?аполеон Бонапарт

  23. #17
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Istanblue
    İsmarıc sayı
    3,355
    Təşəkkür edirəm!
    2,345
    Təşəkkür alıb: 3,135 dəfə, İsmarıc; 1,392

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Türkiyə ideologiyası deyil ee nur ideologiyası )))

    Barça,yuxarıdakı yazınla nə demək istədin indi?


    Şah-ın bir sözü mənə həmişə ləzzət edib ancaq.
    Sultan Səlim qılıncını istəyib onda.Şah göndərib.Ha vurublar topun lüləsini kəsə bilməyib,yazıblar ki,aldatdın bizi,qılınc o qılınc deyil.Şah da cavab göndərib ki,"qılınc o qılıncdı,bilək o bilək deyil!"

  24. Göstərilən 4 foksarik bu posta görə emin_m üçün təşəkkür etdilər:

    Ely@ (08.02.2011), Leon (31.01.2009), Napoleon (01.02.2009), Onder (11.07.2009)

  25. #18
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Hungary
    İsmarıc sayı
    5,782
    Təşəkkür edirəm!
    1,104
    Təşəkkür alıb: 3,092 dəfə, İsmarıc; 1,695

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Цитата Сообщение от Mamed Bakinski По?мотреть ?ообщение
    Orxan inan təsəvvür eləməzdim 3-4 ayın içində Türkiyə ideologiyası Sənə belə təsir edər :???:
    Mən inan ki burda bu haqda heçkimlə söhbət belə eləməmişəm mən elə əzəldən Şah İsmayılın dahi olmadığını demişəm.Mənim üçün dahi deyil.Osmanlı düzdür demədim onlar da səhf ediblər bizdə müharibə eləməklə.Çaldıran döyüşü başından yalnışdır mənim düşüncəmə görə bunun əksini deyən var?
    Barça-Fan


    Həqiqətən də Hz Yunusun balinanın içində 3 gün yaşadığına inanırsız?

  26. #19
    Qeydiyyat
    Jan 2009
    Ünvan
    My LoveLy CitY
    İsmarıc sayı
    283
    Təşəkkür edirəm!
    91
    Təşəkkür alıb: 129 dəfə, İsmarıc; 91

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    Barca,xetayi sozunun koku xeta yox xetay sozundendi. eslinde Xetayi olmalidi
    :girldreams:

  27. #20
    Qeydiyyat
    Jan 2009
    Ünvan
    My LoveLy CitY
    İsmarıc sayı
    283
    Təşəkkür edirəm!
    91
    Təşəkkür alıb: 129 dəfə, İsmarıc; 91

    По умолчанию Re: Şah İsmayıl Xətai dahi yoxsa?

    her halda Sah Ismayil Caldiran doyusunde Sultan selim kimi hiyleye el atmayib, kimin dogru ya yalnis olmasi da gun kimi ortadadi
    :girldreams:

  28. Göstərilən foksarik bu posta görə GrandeZZa üçün təşəkkür etdi:

    Napoleon (01.02.2009)

6 səhifədən 1-cisi 12345 ... По?ледн??По?ледн??

Thread Information

Users Browsing this Thread

There are currently 1 users browsing this thread. (0 members and 1 guests)

Похожие темы

  1. Sizcə ən dahi xalq hansıdır?
    By PS in forum Tarix
    Cavablar: 224
    Son ismarıc: 28.03.2011, 01:35
  2. Dahi - Baba Pünhan !
    By vugoboss in forum Poeziya, ədəbiyyat
    Cavablar: 56
    Son ismarıc: 10.08.2010, 18:37
  3. Dahi şəxsiyyətlərin çıxışları
    By SPYMAN in forum Musiqi (Müzakirələr)
    Cavablar: 6
    Son ismarıc: 24.03.2009, 18:28
  4. Cavablar: 2
    Son ismarıc: 08.02.2009, 14:32

Tags for this Thread

Ваши права в разделе

  • Вы не можете ?оздавать новые темы
  • Вы не можете отвечать в темах
  • Вы не можете прикрепл?ть вложени?
  • Вы не можете редактировать ?вои ?ообщени?
  •  
 
Ча?овой по?? GMT +5, врем?: 20:59.
 
Keywords: web studio, art studio, photo studio
 
Forumlarda yazılan fikirlər müstəqil istifadəçilərin şəxsi fikirləridir və Administrasiya onlara görə heç bir halda məsuliyyət daşımır.
 
© 2004-2010, Fox.AZ – İnformasiya əyləncə portalı. Bakı şəhəri, Azərbaycan.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Powered by vBulletin Copyright © 2010 vBulletin Solutions, Inc. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player