Mədəniyyət xəbərləri

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Fox.AZ
Qaynar olaylar Texnologiyalar Canlı ünsiyyət (Bloqlar)
Gündəlik həyat Şou-biznes
  Müzakirələr (Forum)
Avto dünya Xüsusi layihələrimiz Yükləmələr
İdman və sağlamlıq Mobil xidmətlər Online arxiv
 

2 səhifədən 1-cisi 12 По?ледн??По?ледн??
Показано ? 1 по 20 из 29.
  1. #1
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Mədəniyyət xəbərləri

    Medeniyyet haqqda xeberleri, yazilari, muzakireleri bolusek


    Londonda Kəbirə ?liyevanın rəsm əsərlərindən ibarət sərgi keçirilib

    Sərgidə nümayiş etdirilən çoxsaylı əsərlər milli elementləri və müasir incəsənətin müxtəlif elementlərini özündə birləşdirib
    Londonun “The Crypt Gallery? qalereya salonunda Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə yaşayan həmyerlimiz Kəbirə ?liyevanın rəsm əsərlərindən ibarət sayca ikinci sərgi keçirilib. Səfirlikdən ANSPRESS-ə daxil olan məlumata görə, sərginin açılış mərasimində Britaniyanın çoxsaylı sənətsevərləri, bu ölkədə yaşayan həmyerlilərimiz, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak ediblər.

    Sərgidə nümayiş etdirilən çoxsaylı əsərlər milli elementləri və müasir incəsənətin müxtəlif elementlərini özündə birləşdirib. Fotoşəkillərlə yanaşı, rəssamın fırça ilə işlədiyi əsərlər iştirakçıların böyük marağına səbəb olub.

    Tədbirin açılışında çıxış edən səfir Fəxrəddin Qurbanov bu kimi sərgilərin Azərbaycanın zəngin mədəniyyətinin müxtəlif istiqamətlərini Britaniya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadığını nəzərə çatdırıb və gənc rəssamın gələcək yaradıcılıq fəaliyyətinin daha da uğurlu olacağına əmin olduğunu vurğulayıb. O, ölkəmizin mədəni zənginliyinin Şərq və Qərb mədəniyyətlərinin mütərəqqi komponentlərini özündə ehtiva etdiyini və bu günkü sərginin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb. Səfir mədəni tədbirlərin xalqların yaxınlaşmasında və qarşılıqlı anlaşmanın dərinləşməsində vacib rol oynadığını və bu baxımdan belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini ifadə edib.

    Çıxışının sonunda səfir yüksək istedada malik azərbaycanlı gənclərin bu kimi uğurlarının bundan sonra da səfirlik tərəfindən dəstəklənəcəyini əlavə edib./

    Bölümdə olan digər mövzularla tanış olur::




    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  2. #2
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Bəstəkar Ramiz Mirişlinin 75 illik yubileyi qeyd ediləcək

    Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq

    Aprelin 17-də Azərbaycanın tanınmış bəstəkarı Ramiz Mirişlinin 75 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Bəstəkar Ramiz Mirişli bildirib ki, tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. May ayının ortalarında isə Heydər ?liyev adına Sarayda bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

    Bəstəkar 1934-cü il aprelin 16-da anadan olub. 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1990-cı ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  3. #3
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Bu gün “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009? mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək

    Açılış tədbirinə bir çox Avropa və İslam ölkələrindən şəhər merləri, dörd ölkənin nazirliklərindən nümayəndə heyəti, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib
    Bu gündən etibarən “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009? mədəniyyət ilinin təntənəli açılış mərasiminə start veriləcək. Mədəniyyət və turizm naziri ?bülfəs Qarayev ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda təşkil olunacaq açılış tədbirinə bir çox Avropa və İslam ölkələrindən şəhər merləri, dörd ölkənin nazirliklərindən nümayəndə heyəti, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib. Açılışda İSESKO-nun baş direktoru ?l-Tuveycrinin də iştirak edəcəyi gözlənilir.
    Öncə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək qonaqlar daha sonra Heydər ?liyev sarayında təşkil olunacaq konsertdə iştirak edəcəklər. Konsertdə Azərbaycan musiqiçiləri ilə yanaşı Lids şəhərindən dəvət olunmuş xüsusi kvartet də çıxış edəcək. İki gün müddətində şəhərin mərkəzi meydanlarında şənliklərin keçiriləcəyi, Avropa rəssamlarının da iştirak etdiyi bir sıra foto və rəsm sərgiləri, “Qədim Bakı? kitabının və “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009? vebsaytının təqdimat mərasimi olacaq. Qeyd edək ki, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009? mədəniyyət ilinin rəsmi açılış mərasimi bu gün Heydər ?liyev sarayında saat 12.00-da başlayacaq.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  4. #4
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    <<<<< Korsika >>>>>
    İsmarıc sayı
    8,212
    Təşəkkür edirəm!
    5,939
    Təşəkkür alıb: 4,509 dəfə, İsmarıc; 2,466

    По умолчанию Re: Şou biznes əhli

    Azərbaycanlı rəssam Orxan Hüseynov avropalıların Azərbaycan haqqında təəssüratlarını öyrənmək üçün Azərbaycanın məşhurlarını və memarlıq əsərlərini əks etdirən rəsmlər paylayıb. “Trend? yazır ki, Hüseynovun sözlərinə görə, bu sorğuda respondentlər Azərbaycan mədəniyyətini tez-tez Mərkəzi Asiya mədəniyyəti ilə səhv salıblar.
    Rəssamı təəccübləndirən isə avropalıların Hökumət Evini həbsxanaya bənzətmələri olub. Milli musiqi alətimiz tarı isə elektrik paylayıcısına (razetka) bənzədiblər, elələri də tapılıb ki, onu hansısa qədim bir silah hesab ediblər.
    “Bir cənub şəhərində? filmindən olan kadrlara baxarkən “Bu, Siciliyadır, küçədə isə mafiozlar növbəti qurbanın axtarışına çıxıblar?- deyə şərh yazan da olub.
    Stulda oturmaqla poza verən Namiq Qaraçuxurlu bəzilərinin gözünə hamını heyran etməyə can atan model kimi görünüb. Rəşid Behbudovu Hollivud ulduzuna bənzədiblər. Səməd Vurğunu çox orijinal ifadə ediblər - “Stalin?. Mirzə ?ləkbər Sabir isə sadə avropalılar üçün nəinki terrorla mübarizə təşkilatının yaradıcısı, hətta Drakulanın qohumudur!
    Yeri gəlmişkən, hollandlar Novruz bayramının rəmzi olan səmənini görən kimi onu “ot? zənn edib çəkmək qərarına gəliblər. ?n maraqlı bənzətmələrdən biri isə avropalıların xalq artisti İlhamə Quliyeva haqqında təəssüratlarıdır: “Yəqin ki, əvvəllər kişi olub, indi isə məşhur televiziya aparıcısıdır?.
    Кра?ива? женщина нравит?? глазам, а добра? ?ердцу; одна бывает прекра?ною вещью, а друга? ?окровищем.

    ?аполеон Бонапарт

  5. #5
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Yaşar Nurinin yaradıcılıq gecəsi keçiriləcək



    Tədbir fevralın 28-də İ. ?bilov adına Mədəniyyət Mərkəzində baş tutacaq

    Azərbaycanın xalq artisti Yaşar Nurinin yaradıcılıq gecəsi keçiriləcək. "Sevimli aktyorlarımız" silsiləsindən olan tədbir fevralın 28-də İ. ?bilov adına Mədəniyyət Mərkəzində baş tutacaq.
    Aktyorun yaradıcılıq gecəsində Azərbaycan Milli Akademik Dram Teatrındakı sənət yoldaşları iştirak edəcək, Yaşar Nurinin oynadığı tamaşalardan parçalar nümayiş etdiriləcək. Aktyor həmçinin tamaşaçıların suallarını da cavablandıracaq.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  6. #6
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Aktrisa Məsumə Babayevanın oğlu intihar edib

    25 yaşlı Pərvin Abbasov özünü evin çilçırağından asıb
    Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın oğlu intihar edib. Bu barədə ANS PRESS-ə aktrisanın özü məlumat verib. M. Babayeva bildirib ki, 25 yaşlı oğlu Pərvin Abbasov özünü Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki evində çilçıraqdan asıb. Aktrisanın sözlərinə görə, P. Abbasov ruhi xəstə olub.
    Suraxanı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  7. #7
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Jan Nuvel Azərbaycana gəlir



    Məşhur fransız memarı ilə Rəssamlar İttifaqında görüş keçiriləcək


    Dünyanın ən məşhur memarlarından biri Jan Nuvel Azərbaycana gəlir. Lent.az-ın “ ANSPRESS?ə istinadən verdiyi məlumata görə, bu barədə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov məlumat verib.
    Səfərdə məqsəd Bakıda tikiləcək Müasir İncəsənət Muzeyi ilə bağlıdır. Sabah bu məqsədlə Rəssamlar İttifaqında məşhur memarla görüş keçiriləcək. J.Nuvel İncəsənət Muzeyinin tikilməsi ilə bağlı öz fikir və layihələri ilə bölüşəcək.
    Qeyd edək ki, J. Nuvel 1945-ci ildə Fransanın cənubunda Fümel şəhərində anadan olub. Təhsilini Parisdə alan memar 1972-ci ildə peşəkar fəaliyyətə başlayıb. 1991-ci ildə Fransa Memarlıq İnstititunun vitse-prezidenti, 1993-cü ildən isə Amerika Memerlar İnstititunun fəxri üzvüdür. Onun “Ateiler Jean Nouvel? bürosu bütün dünyada tikilən binalar üçün layihələr verir. J. Nuvelin işləri əsasən muzeylər, mətbuat mərkəzləri, konsert zalları, ofis komlpleksləri və yaşayış binalarından ibarətdir. Onun ən məşhur layihələri isə Parisdə Kartye Fondunun mərkəzi qərargahı (Fondation Cartier) və ?rəb Dünyası institutu (İnstitut Di Monde Arabe), Lionda Opera Teatrı və Lüserndə konsert zalıdır.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  8. #8
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Bakıda beynəlxalq memarlıq festivalı keçiriləcək



    Tədbirdə gənc memarların İslam ənənəvi memarlığına baxışları, mənbədən istifadə tərzi və ənənələrə sadiq qalmaqla yanaşı müasirliyə can atmaları əks olunacaq
    Martın 16-da Muzey Mərkəzində "?nənəvi İslam memarlığı" mövzusunda gənc memarların beynəlxalq festivalı açılacaq. Festival 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilir.
    Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə gənc memarların İslam ənənəvi memarlığına baxışları, mənbədən istifadə tərzi və ənənələrə sadiq qalmaqla yanaşı müasirliyə can atmaları əks olunacaq.

    Bakida olsam gederdim:cry:



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  9. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Medeya (21.03.2009)

  10. #9
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Paytaxtda "Berlində müasir tikililər" mövzusunda fotosərgi açılıb

    Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan sərgi aprelin 3-dək davam edəcək
    Azərbaycan Memarlıq və İnşaat Universitetində "Berlində müasir tikililər" mövzusunda fotosərgi açılıb. Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə alman memarı Ralph Hinterkeuserinin əsərləri nümayiş olunub. "Müasir alman arxitekturası" silsiləsindən olan bu sərgi Azərbaycanda Almaniya həftələri çərçivəsində, "Almaniya ilə tanışlıq" şüarı altında keçirilir. Berlinin arxitekturasını əks etdirən 50-yə yaxın sənət nümunəsinin nümayiş olunduğu sərgi aprelin 3-dək davam edəcək.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  11. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Medeya (21.03.2009)

  12. #10
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Medeniyyet xeberleri

    Bakıda "Ariya və mahnı axşamı" keçiriləcək



    Tədbir martın 10-da Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək

    Martın 10-da Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində ("Kapellhaus") Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tələbələrinin iştirakı ilə "Ariya və mahnı axşamı" keçiriləcək. Mahnı və ariya ifaçılarını fortepianoda İlahə Sadıxova və Dilarə Kərimova müşayiət edəcək. Proqramda İ.Bax, V.Motsart, C.Perqolezi və başqa dünya bəstəkarlarının əsərləri ifa olunacaq.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  13. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Medeya (21.03.2009)

  14. #11
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Azərbaycan təmsilçisi "Dünya Mədəniyyət gözəli" müsabiqəsində mükafata layiq görülüb



    Şövkət Qasımova «?n yaxşı geyim» nominasiyasında mükafat qazanıb
    Türkiyənin Qaziantep şəhərində «Miss Civilization Of The World» (Dünya Mədəniyyət gözəli) yarışması keçirilib. Müsabiqədə Azərbaycan təmsilçisi Şövkət Qasımova da iştirak edib. Ş.Qasımova «?n yaxşı geyim» nominasiyasında mükafat qazanıb. Xatırladaq ki, Şövkət Qasımova “Best model of Azerbaijan-2008? yarışmasında ikinci yer qazanmışdı.
    Türkiyədə keçirilən müsabiqəyə 17 ölkənin nümayəndəsi qatılıb. Bunlar Türkiyə, Azərbaycan, Belarus, Latviya, Litva, Çernoqoriya, Almaniya, Qazaxıstan, Kosovo, Estoniya, Hollandiya, Ukrayna, Serbiya, İspaniya və Finlandiya kimi ölkələrdir. Qeyd edək ki, müsabiqənin qalibi adını Almaniya təmsilçisi Katya Bondarenko qazanıb. İkinci Latviyadan olan Leva Lase, 3-cü Estoniyadan olan Diana Moşnaya, 4-cü isə Türkiyədən olan Eda Erkut olub. Bundan əlavə, müsabiqədə müxtəlif nominasiyalar üzrə də mükafatlar təqdim edilib.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  15. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Medeya (21.03.2009)

  16. #12
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Müasir İncəsənət Mərkəzində "Uşaq və incəsənət" sərgisi açılacaq



    Sərgidə müxtəlif musiqi məktəblərində təhsil alan yaradıcı şagirdlərin 40-a yaxın rəsm əsəri nümayiş etdiriləcək

    Martın 13-də Müasir İncəsənət Mərkəzində "Uşaq və incəsənət" sərgisinin açılış mərasimi keçiriləcək. Tədbir ölkəmizdə Uşaq ili çərçivəsində təşkil olunub. Sərgidə müxtəlif musiqi məktəblərində təhsil alan yaradıcı şagirdlərin 40-a yaxın rəsm əsəri nümayiş etdiriləcək və musiqi məktəbinin şagirdlərinin ifasında kamera klassik musiqisi səslənəcək.
    Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Rəssamlar İttifaqının üzvləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarıln nümayəndələri iştirak edəcəklər.
    Sərgi martın 15-dək davam edəcək



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  17. #13
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Bu gün Azərbaycanda Beynəlxalq Muğam Festivalına start verilir



    Bununla əlaqədar Avropa,Amerika və Asiyada şərq musiqisini tədqiq edən 30-a yaxın alimin iştirakı ilə Tarix Muzeyində elmi simpozium keçiriləcək
    Bu gün Azərbaycanda ilk dəfə olaraq keçirilən Beynəlxalq Muğam Festivalına start veriləcək. Bununla əlaqədar həmçinin, muğama həsr olunan «Muğam aləmi» beynəlxalq elmi simpoziumu keçiriləcək. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var. Simpoziumun təşkili üzrə komissiyanın həmsədri, akademik Nailə Vəlixanlının sözlərinə görə, simpoziumun keçirilməsində məqsəd muğam fəlsəfəsinin, peşəkar musiqi ifaçılığının təbliği, tədrisi, müasir dinləyici mədəniyyətinin formalaşdırılması problemlərini gündəmə gətirməkdir. Tədbir Azərbaycan Tarix Muzeyində baş tutacaq



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  18. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    vugoboss (18.03.2009)

  19. #14
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Müasir İncəsənət Muzeyinin açılışı olub

    Açılışda prezident İlham ?liyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak edib

    Bu gün Müasir İncəsənət Muzeyinin açılış mərasimi olub. Açılışda prezident İlham ?liyev, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər ?liyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ?liyeva da iştirak edib.
    Qeyd edək ki,Mehriban ?liyevanın təşəbbüsü ilə yaradılmış bu muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Azərbaycan Rəssamlar İtifaqının sədri Fərhad Xəlilov bildirib ki, postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, video salon və art-kafe fəaliyyət göstərəcək. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  20. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Medeya (21.03.2009)

  21. #15
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Alim Qasımovun «Leyla sevgisi» «New York Times»da

    Şimali Amerika qitəsində konsert verən Alim Qasımov və qızı Fərqanə Qasımova martın 21-i vətənə dönüblər.

    Şimali Amerikanın bəzi qəzetləri səfərlə bağlı bir sıra maraqlı məqamlara toxunublar.

    «Artıq neçə illərdir ki, Azərbaycanın ən tanınmış muğam ustalarından olan Alim Qasımov hər ilin sentyabr ayında Bakının Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnun rolunu oynayır. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan bu obraz Azərbaycan mədəniyyətinin incisi sayılır».

    Meline Tumani «New York Times»da gedən «Leylanın sevgisinə» adlı yazısını belə başlayıb.

    Azadlıq radiosunun xəbərinə görə, martın 2-i Şimali Amerika qitəsinə səfər edən Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın konsert proqramları burda media tərəfindən maraqla qarşılanıb.

    Alim Qasımovun neçə illərdir ki, Məcnun rolunu ifa etdiyini yazan Meline Tumani bildirir ki, muğam ustası bu rolu sevə-sevə oynasa da, tamaşanı öz istədiyi kimi ifa etmək üçün nə isə çatmadığını deyir.

    Yazıda Yo-Yo-Ma tərəfindən yaradılmış «İpək yolu» ansamblının Bakıya gəlişi də xatırlanır və deyilir ki, həmin vaxt artıq qrupla çalışan Alim Qasımovun onlardan «Leyli və Məcnun üçün nə isə etmək mümkündürmü» - deyə soruşduğunu bildirir. Qrupun musiqiçisi Conatan Qandelsmanın birgə iş barədə xatirəsi də məqalədə yer alıb: «Biz Alimi sevirdik və o bizim nəyisə etməyimizi istəyirdisə, biz onu etməli idik. Ona görə bu işə gözübağlı razı olduq».

    Məqalədə deyilir ki, bu iş muğam ustası Alim Qasımova asan başa gəlməsə də, nə isə alınacağına ümid edərək çalışmaqda davam ediblər. Alim Qasımov: «Hər tamaşada biz daha dərinə gedərək ideal bir ahəng axtarırıq. Bu, bəzən daha müxtəlif şəkildə olur, amma heç də həmişə yaxşı alınmır. Gah yaxşı alınır, gah pis. Beləliklə də biz bəzən istədiyimizi tapırıq».

    «Pioneer Press»də David Hayleyin «Şərq Qərbin görüşünə gəlib. İpək yolunda bütün yollar qovuşur» yazısında isə Azərbaycan mədəniyyətinin şah əsəri hesab olunan «Leyli və Məcnun»un «Romeo və Cülyetta» ilə müqayisə olunduğunu deyir. Azərbaycanın tanınmış muğam ustası Alim Qasımovun və Fərqanə Qasımovanın ifasının isə konsert versiyası olduğu vurğulanır.

    «The Globe and Mail»də isə Kolin İtok yazır ki, İpək Yolu ziddiyyətli obrazlarla təəssürat yaradır. Deyilir ki, o, Avropanı və Uzaq Şərqi birləşdirən yolu canlandırır.

    «Pioneer Press»də Rob Habbard isə yazır ki, Alim Qasımov və Fərqanə Qasımova öz ruhi ifaları ilə sevgililərin gərginlik və kədərini çatdıra bildilər.

    Dünya şöhrəti qazanmış violençel çalan Yo-Yo Ma-nın «İpək yolu» qrupuna dünyanın ən tanınmış musiqi ustaları daxildir. Musiqiçilər dünya xalqlarının musiqisini ifa edirlər. Sənət ustalarının özləri isə İpək yolu üzərində yerləşən müxtəlif ölkələrdəndirlər. Yo-Yo Manın ansamblında azərbaycanlı musiqiçilər də var. Onların biri ustad sənətkar Alim Qasımovdur.

    Yo-Yo Manın «İpək yolu» azərbaycanlı bəstəkarların da musiqisini ifa edir. Bu bəstəkarlardan biri Firəngiz ?lizadədir.

    Firəngiz ?lizadənin «Dərviş» və «Habilsayağı» əsərləri qrup tərəfindən ifa olunub, dünya şöhrəti tapıb. Habilsayağı kompozisiyası sənətkar, kamançaçı Habil ?liyevə həsr olunub. ?sas musiqi partiyasını violençeldə Yo-Yo Manın özü ifa edir.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  22. #16
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Azərbaycan müasir fortepiano musiqisinə həsr olunmuş festivalda iştirak edəcək



    Bu musiqi forumunda ölkəmizi respublika və beynəlxalq müsabiqələrin laureatı pianoçu Samir Mirzəyev təmsil edəcək
    Aprelin 2-dən 5-dək Sofiya şəhərində (Bolqarıstan) müasir fortepiano musiqisinə həsr olunmuş ppIANISSIMO beynəlxalq festivalı keçiriləcək. Müasir fortepiano musiqisini təbliğ etmək məqsədi güdən festivalın əsasını 1998-ci ildə professor Dimitrova-Maystorova qoyub. Həmin vaxtdan etibarən bu tədbir hər il Bolqarıstan Milli Radiosunun konsert zalında keçirilir.
    Builki - XII festivalda Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Rusiya, İsraildən və s. ölkələrdən solist və kollektivlər iştirak edəcəklər. Azərbaycanı bu musiqi forumunda respublika və beynəlxalq müsabiqələrin laureatı pianoçu Samir Mirzəyev təmsil edəcək. O, festivalda Qara Qarayevin, A.Bəbirov, F.Qarayevin, A.?lizadənin və E.Mirzəyevin əsərlərini ifa edəcək. Tədbir çərçivəsində musiqiçi, P.Vladigerovun adını daşıyan Milli Musiqi Akademiyasında "Müasir Azərbaycan musiqisi: ənənə və müasirlik" mövzusunda mühazirə də oxuyacaq.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  23. #17
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Bu gün Ümumdünya Heykəllər və Tarixi Abidələr Günüdür
    Bu münasibətlə ölkənin bütün tarixi-mədəniyyət qoruqlarmuzeylərdə açıq qapı günləri keçiriləcək


    Bu gün Ümumdünya Heykəllər və Tarixi Abidələr Günüdür. Bu münasibətlə ölkənin bütün tarixi-mədəniyyət qoruqlarında, muzeylərdə tədbirlər və açıq qapı günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, gün ərzində qoruqlara giriş və ekskursiyalar təmənnasız təşkil olunacaq. İstənilən şəxs heç bir pul ödəmədən tarixi yerləri gəzə və ziyarət edə bilər.

    Qeyd edək ki, abidələrin beynəlxalq mühafizəsi gününü 1983-cü ildə «YUNESKO» nun beynəlxalq abidələrin mühafizə, nsi assambleyası təsis edib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  24. #18
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    «Humay» mükafatının təqdimetmə mərasimi keçirilib



    Mükafatlar musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, el və foto nominasiyalarına görə təyin olunub


    Aprelin 21-də «Beynəlxalq Bakılı Cəmiyyəti»nin təsis etdiyi «Humay» mükafatının 2008-2009-cu illər üzrə növbəti təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in məluamtına görə, mükafatlar musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, el və foto nominasiyalarına görə təyin olunub.

    «Musiqi» nominasiyasında muğam sənətinin inkişafında xidmətlərinə görə xalq artisti ?libaba Məmmədov və muğam ifaçılığında əldə etdiyi nailiyyətlərə görə xalq artisti Nəzakət Teymurova, bəstəkar Tofiq Quliyev haqqında yazdığı kitaba görə musiqişünas Zümrüd Abdullayeva, Musa Mirzəyev haqqında yazdığı monoqrafiyaya görə musiqişünas Şəhla Həsənova, Fikrət ?mirov adına xalq çalğı alətləri orkestrinin rəhbəri Allahverdi Paşayev və aktiv musiqi fəaliyyətinə görə cazmen Cavan Zeynallı «Humay» mükafatı ilə təltif olunublar.
    «Kino» nominasiyasında «Qala» bədii filminə görə Şamil Nəcəfzadə, «Günaydın mələyim» filminə görə ssenarist-rejissor Oqtay Mirkasımov mükafatlandırılıblar.«Teatr» nominasiyasında «Azərbaycan teatr musiqisinin XX əsr tarixi» elmi işinə görə musiqişünas-alim Nailə Kərimova təltif olunub.
    «?dəbiyyat» nominasiyasında «Teatr meydanı» və «Dəniz köçü» əsərlərinə görə Firuz Mustafa mükafatlandırılıb. «Kitab» nominasiyasında təyin olunmuş mükafatı Sara Aşurbəylinin «Bakı tarixi» kitabının yeni nəşrinə görə Eldar Günaydın alıb. «Jurnalist» nominasiyasında jurnalist-publisist Fazil Rəhmanzadə mukafatlandırılıb. «El» nominasiyası «Doktor Xanlarov» kitabınının müəllifi Rəsul Rəkşanlıya qismət olub.«Foto» nominasiyasında isə fotoqraf Mirələkbər Ağasiyev qalib gəlib.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  25. #19
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Azərbaycan mədəniyyəti Danimarkada təqdim olundu

    Danimarkanın Fredensborq bələdiyyəsinin Nivo şəhərində BMT-nin "Dünya Mədəniyyətləri Dialoqu" layihəsi çərçivəsində "Fergli ve Birge" adlı kütləvi tədbir keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin təşkilində Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti də fəal iştirak edib. Danimarkada fəaliyyət göstərən ictimai, mədəni və milli icmaların, uşaq və gənclər təşkilatlarının iştirakı ilə təqdim olunan müxtəlif xalqların milli yeməklərinin, əl işlərinin, rəsm əsərlərinin sərgisinin, eləcə də beynəlmiləl musiqi, rəqs və tamaşaların nümayiş etdirildiyi tədbirdə Fredensborq burqomisteri Olav Aaen çıxış edərək Danimarka hökumətinin bu layihəni reallaşdırmasının məqsədi və gələcəkdə həyata keçiriləcək planlardan danışıb. "Fergli ve Birge" layihəsinin işçi qrupunun üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov isə öz çıxışında mədəniyyətlərarası dialoqun vacibliyindən, cəmiyyətin bu layihə çərçivəsində fəaliyyətindən söz açıb.

    Tədbirdə Azərbaycan musiqisi Kəmalə Maisqızının ifasında tamaşaçılara təqdim olunub. Bununla yanaşı Azərbaycan Respublikasını təbliğ edən stend də sərgilənib. Stenddəki Azərbaycan Respublikasının dövlət rəmzləri, dövlət başçısı haqqında məlumat, Ermənistan hərbi birləşmələrinin işğal etdiyi ərazilərimizin xəritəsi və bununla bağlı ətraflı izahat, eləcə də ölkəmiz haqqında digər bilgilər tədbirə qatılanların marağına səbəb olub.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  26. #20
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Mədəniyyət xəbərləri

    Bir qrup mədəniyyət işçisinə fəxri ad verilib
    İlham ?liyevin sərəncamı ilə on nəfərə "əməkdar artist", 2 nəfərə isə "əməkdar incəsənət xadimi" fəxri adı verilib


    Prezidünt İlham ?liyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə həmin şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir. Sərəncama əsasən, 10 nəfərə- Abaszadə Mələk Fuad qızı, Cəbrayılov Elşən Şahin oğlu, ?lizadə ?kbər Müzəffər oğlu, Həmidov Elçin Qəzənfər oğlu, Hüseynov Füzuli İsmət oğlu, Hüseynov Tofiq ?bdülrəhim oğlu, Qasımov Məmmədsəfa Məmmədəli oğlu, Qəhrəmanov Abbas ?hməd oğlu, Şarovskaya Natalya Yuryevna, Yaqubova Ella İsmayıl qızına "əməkdar artist" fəxri adı verilib.
    İki nəfərə isə- ?sgərov ?sgər ?kbər oğlu və Hacıəlibəyov Nazim ?nvər oğluna "əməkdar incəsənət xadimi"
    fəxri adı verilib.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



2 səhifədən 1-cisi 12 По?ледн??По?ледн??

Thread Information

Users Browsing this Thread

There are currently 1 users browsing this thread. (0 members and 1 guests)

Похожие темы

  1. Mədəniyyət nədir?
    By Psycho in forum Mədəniyyət. Adət-ənənə. İrs
    Cavablar: 30
    Son ismarıc: 24.01.2011, 02:57
  2. Xalqların mədəniyyətləri
    By Xmen in forum Mədəniyyət. Adət-ənənə. İrs
    Cavablar: 20
    Son ismarıc: 07.02.2010, 15:35

Tags for this Thread

Ваши права в разделе

  • Вы не можете ?оздавать новые темы
  • Вы не можете отвечать в темах
  • Вы не можете прикрепл?ть вложени?
  • Вы не можете редактировать ?вои ?ообщени?
  •  
 
Ча?овой по?? GMT +5, врем?: 02:25.
 
Keywords: web studio, art studio, photo studio
 
Forumlarda yazılan fikirlər müstəqil istifadəçilərin şəxsi fikirləridir və Administrasiya onlara görə heç bir halda məsuliyyət daşımır.
 
© 2004-2010, Fox.AZ – İnformasiya əyləncə portalı. Bakı şəhəri, Azərbaycan.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Powered by vBulletin Copyright © 2010 vBulletin Solutions, Inc. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player