Zirəddin Rzayev. O kimdir? - Səhifə 2

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Fox.AZ
Qaynar olaylar Texnologiyalar Canlı ünsiyyət (Bloqlar)
Gündəlik həyat Şou-biznes
  Müzakirələr (Forum)
Avto dünya Xüsusi layihələrimiz Yükləmələr
İdman və sağlamlıq Mobil xidmətlər Online arxiv
 

4 səhifədən 2-cisi İlk səhifəİlk səhifə 1234 По?ледн??По?ледн??
Показано ? 21 по 40 из 74.
  1. #21
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    ---
    İsmarıc sayı
    1,335
    Təşəkkür edirəm!
    178
    Təşəkkür alıb: 509 dəfə, İsmarıc; 356

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Цитата Сообщение от Best По?мотреть ?ообщение
    Nə ilə əlaqəlidi? Sözüvü izah eləyə bilərsən?
    Dediyim kimi bu insanlar cinlərlə əlaqədədirlər.Cinlərin varlığını Quran təsdiq edir.Təkcə onu demək kifayətdir ki Quranın 72-ci surəsi "əl-Cinn" adlanır.Bəzi insanlar müxtəlif yolarla cinlərlə əlaqə saxlaya bilirlər.Bu cür işlərdə məqsəd isə insanları şirkə (Allaha şərik qoşmağa) aparmaq və azdırmaqdır.Bu adamlar üçün çox vaxt vergi verilib deyirlər.Bunların vergisi şeytani vergidir.Dediklərinin çoxu səhv olur.Hər hansı bir dedikləri düz çıxanda dindən cahil olan insanlar təəcüblənirlər.Şeytanın bunda məqsədi insanları Allaha təvəkkül edib bağlanmaqdansa bu cür insanlara və dolayısıyla özünə təvəkkül etməyə çağırmasıdır.Təvəkkül etmək bir işdə kimisə vəkil tutmaq deməkdir.Mömin ancaq Allaha təvəkkül etməlidir,həyatını,atacağı addımları kimlərinsə dedikləri əsasında yox Allaha güvənərək etməldir.
    Quranda deyilir:
    Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.(Hud,123)

  2. #22
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Bakı
    İsmarıc sayı
    8,509
    Təşəkkür edirəm!
    4,453
    Təşəkkür alıb: 14,174 dəfə, İsmarıc; 4,732

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Abdullah, indi peyğəmbər Süleyman (?)da cinlərlə əlaqəli olub, onda oda şeytana qulluq edirmiş (?stəfurullah)?
    Aktual imza -- ÖZÜN? ?L QATIB, ROMA PAPASINDAN ARTIQ XRİSTİAN OLMAQ İST?Y?NL?R M?ND? YALNIZ T?B?SSÜM YARADIR.

    FOXnews.az — Dünyaya daha yaxın!

  3. #23
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Skandinaviyanin Bakisi
    İsmarıc sayı
    6,351
    Təşəkkür edirəm!
    6,233
    Təşəkkür alıb: 7,596 dəfə, İsmarıc; 3,502

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Niye axi her mövzunu bu qeder ekstremisleshdirirsiz?
    Men ekstrasenslere inanmiram,eminem onlarin varligina,buna da esasim var.Duzdu firildaqlar choxdu,ancaq nece deyerler meshe chaqqalsiz kechinmir.Burda qeyri adi bir shey yoxdu bu Allah vergisidir,insan qabiliyetidir,bezilerine Allah ses verir,bezilerine bashqa qabiliyyet ,bezilerinede ekstrasenslik.Ekstrasensleri falchilarlada muqayise etmek duzgun deyil.Ne de peygemberle,heresinin öz yeri var,hetta peygember bele ideal olmuyub.
    Sizin timsalinizda bir daha görunurki din insanlarda qorxu hissi yaradir,insanlarin tam öz qabiliyyetlerini,imkanlarini ashkara chixarmasina mane olur.Bu ise bele olmali deyil.
    Hekimlerin onlara qarshi tepkisi de normaldir,chunki hekim chare tapa bilmediyi xestelikleri eksrasensler sagaldir.Biznesleri ölur.
    По?ледний раз редактировало?ь SPYMAN; 04.03.2009 в 13:54
    No one has ever become poor by giving (c) Anne Frank


  4. #24
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    Корабль Дураков
    İsmarıc sayı
    4,377
    Təşəkkür edirəm!
    1,689
    Təşəkkür alıb: 3,772 dəfə, İsmarıc; 1,699

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Spy

    Tibbin aşikara çıxardıgı heç bir xəstəlik yoxdur ki, onun qeyri-tibbi yolla müalicə metodu olsun.

    Qeyri-tibbi yolla müalicə mümkünsüzdür və cəftə suyu içmək bundan daha materialiist fikrə bənzəyir)))
    Hələ bir extrasensual prosedur bir xəstəliyin belə müalicəsinin mümkünlüyün sübut etməmişdir.

    Buna aşikara fırıldaq deyilir, əksinin sübutuna inanlar təsadüf və kəmağıllılıq kimi tez-tez rast gəlinən zadların qurbanlarıdır.

    Bir insanın divarın o tərəfində nə oldugunu bilməsi intuisiya gücünə bağlı zaddır. Elektromagnit gücünün çoxluğu mövcud rəngləri hiss etmə qabiliyyəti yaradır. Hətta mən bir nəfər tanıyıram isti olan materialları qaranlıqda görür. Zil qaranlıqda isti olan materiallarla ərazidə orientirovka götürə bilir. Bu isə insan gözündə olan fosforun çoxlugundandır.

    Mən heç o Zirəddinin kimliyini bilmirəm. Bir dəfə TVdə vur-tut görmüşəm ya yox. Heç görsəm tanımaram da. Ancaq dəqiq əminəm ki, hətta belə gücü olan insanlar bundan digərlərini məlumatlandırmaq xarakterli peşə ilə məşqul olmamalıdırlar. Extra hissiyyatı olan insanlar danılmazdır, lakin bunu ərzi-cahan etmək cəhənnəmdə barbekü manqalına pulsuz biletdir!

  5. #25
    Qeydiyyat
    Jan 2008
    Ünvan
    999
    İsmarıc sayı
    6,300
    Təşəkkür edirəm!
    8,262
    Təşəkkür alıb: 3,235 dəfə, İsmarıc; 1,992

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Хорошо там, где на? нет - bu meseli elebe demeyibler
    У каждого в жизни е?ть кто-то, кто никогда теб? не отпу?тит, и кто-то, кого никогда не отпу?тишь ты.

  6. #26
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Skandinaviyanin Bakisi
    İsmarıc sayı
    6,351
    Təşəkkür edirəm!
    6,233
    Təşəkkür alıb: 7,596 dəfə, İsmarıc; 3,502

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Infi,sen gul,laga qoy,kitab oxumaqla dushunursenki her sheyi bilirsen ancaq eslinde hechne bilmirsen butun insanlar kimi men de daxil olmaqla.Ola bilsin sen görmemisen ancaq men faktlar görmushem,her halda gözume inanacam senin naivniy "zad"larina yox.Tibbin ashkara chixartmadigi hele chox zadlar ve daimada bele olacaq.
    Insan tebieti beledir,yalniz hekim ona 1 aydan sonra ölum diaqnozu qoyandan sonra Allah,imam,eksrasensler ve s bu kimi ilahi,ruhi quvveler yadina dushur,son umidleri onlar olur.
    ,intuisiyanin chox olmasi bu ele Allahin verdiyi qabiliyyetdir,bunu özun yaratmirsan.Her adam Nesimi,her adam Picasso,her adam Mozart ola bilmir,eger bu qabiliyetleri olan insan yashayib yaradirlarsa ekstrasensler niye öz qabiliyetlerini xeyirli ishlere serf elemesin?
    По?ледний раз редактировало?ь SPYMAN; 04.03.2009 в 14:41

  7. #27
    Qeydiyyat
    May 2008
    Ünvan
    METU
    İsmarıc sayı
    978
    Təşəkkür edirəm!
    1,149
    Təşəkkür alıb: 1,260 dəfə, İsmarıc; 532

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    «Ekstrasens Bakıda satanist qrup yaratmaq istəyir»
    Son günlərin haqqında ən çox danışılan insanı, ekstrasens Zirəddin Rzayev haqda şok məlumatlar yayılıb. Belə ki, «Yeni Çağ» qəzeti Z.Rzayevin əslində Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu yazıb. Məlumatda əvvəllər ekstrasenslərlə bağlı verilişlərə tamaşaçı kimi qatılan bu Zirəddin Rzayevin iki il öncə Rusiyaya getdiyi və orada Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə düşdüyü bildirilir.Qəzetin iddiasına görə, o məhz rus və erməni xüsusi xidmət orqanlarının təlimatı ilə satanist qrupların arasına salınıb. Və orada təlimini başa vurduqdan sonra Zirəddinin Azərbaycana gələrək, burada satanist qruplar yaratmaq istədiyi barədə məlumatlar var. «Yeni Çağ»ın araşdırmasına görə, onun xüsusilə, 2006-cı ildə Moskvadakı erməni ekstrasens dostları ilə birlikdə İrəvana gizli səfər etməsi ilə bağlı məlumatların dolaşması şübhələri daha da artırır.

    There are good days and there are bad days, and this is one of them.

  8. #28
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    Корабль Дураков
    İsmarıc sayı
    4,377
    Təşəkkür edirəm!
    1,689
    Təşəkkür alıb: 3,772 dəfə, İsmarıc; 1,699

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Ola bilsin sen görmemisen ancaq men faktlar görmushem,her halda gözume inanacam senin naivniy "zad"larina yox.Tibbin ashkara chixartmadigi hele chox zadlar ve daimada bele olacaq.
    Insan tebieti beledir,yalniz hekim ona 1 aydan sonra ölum diaqnozu qoyandan sonra Allah,imam,eksrasensler ve s bu kimi ilahi,ruhi quvveler yadina dushur,son umidleri onlar olur.
    Spy, vergi həqiqi vergi, görmə qabiliyyəti, sağaltma qabiliyyəti, Allahla ünsiyyət yalnız və yalnız Allah tərəfindən seçilmiş insanlara verilir ki, bunu da Allah elə bir metodla edir ki, bütün bəşəriyyətə həmin insanlar müqəddəslər kimi bəlli olurlar.

    O insanlar ki, bacarıqları var (bu vergi yox müvəqqəti bacarıqdır!) həmin insanlar öz güclərini idarə etmirlər və onların bacarığı yalnız Allahın məqbul saydıgı vaxtlarda işə yarıyır çünki onlar müqəddəs deyillər və təmiz qəlb sahibi deyillər. Məhzi bu səbəbdəndir ki, birini müalicə etmiş ekstrasens digərini müalicə edə bilmir, birinin bəxtini açan falçı həmin bəxti baglaya bilmir, birinin gələcəyini görmüş "əclaF" digərininkini görə bilmir.

    Və çıxılmaz vəziyyətdə qalıb hansısa belə "əclaf", şarlatandan ümid bəkləyən analar var. Həmin El içində verlişinin bir kusokuna baxdım. Orada bir ananın " Mən inanıram Zirəddin mənim övladıma kömək olacaq" deyibən boş ümidlərlə dolu gözlərini görəndə ilk etdiyim Zirəddinə qarqış oldu. Çünki ana ümidini hər şeydən kəsib, şarlatana inanır, çünki o ananın şeytana uymasına səbəb o Zirəddinlərdir.

  9. Göstərilən foksarik bu posta görə Ad infinitum üçün təşəkkür etdi:

    Muhacir (06.03.2009)

  10. #29
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    ....
    İsmarıc sayı
    3,222
    Təşəkkür edirəm!
    1,952
    Təşəkkür alıb: 3,048 dəfə, İsmarıc; 1,351

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    o kimdir ele hec kimin dilinden dushmur.
    Yaxshi klient bazasi olacaq)))
    Mence ona inanmaq elacziliqin son yoludur....
    MB

  11. #30
    Qeydiyyat
    Jan 2008
    Ünvan
    999
    İsmarıc sayı
    6,300
    Təşəkkür edirəm!
    8,262
    Təşəkkür alıb: 3,235 dəfə, İsmarıc; 1,992

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    shekle diqqetle baxin, indi o sizi VIRTUAL GIPNOZ edecek
    :rofl:
    У каждого в жизни е?ть кто-то, кто никогда теб? не отпу?тит, и кто-то, кого никогда не отпу?тишь ты.

  12. #31
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    ---
    İsmarıc sayı
    1,335
    Təşəkkür edirəm!
    178
    Təşəkkür alıb: 509 dəfə, İsmarıc; 356

    По умолчанию

    Цитата Сообщение от GEnext По?мотреть ?ообщение
    Abdullah, indi peyğəmbər Süleyman (?)da cinlərlə əlaqəli olub, onda oda şeytana qulluq edirmiş (?stəfurullah)?
    Bu Süleyman aleyhissalama xas idi.Ondan sonra insanlar və cinlər arasında onda olduğu kimi davamlı əlaqə saxlamaq,bir-birlərindən müxtəlif işlərdə istifadə eləmək qadağan olundu.

    COLOR="DarkGreen"].Burda qeyri adi bir shey yoxdu bu Allah vergisidir,insan qabiliyetidir,bezilerine Allah ses verir,bezilerine bashqa qabiliyyet ,bezilerinede ekstrasenslik
    Ekstrasensliyin Allah vergisi olmasına bir dəlil yoxdur.Allaha ən yaxın olan insanların arasında Peyğəmbərlər ,onlardan sonra isə evliyalar gəlir.Bunların hərəsinin öz dərəcəsi var.Möcüzələr peyğəmbərlərdə,kəramət isə ovliylarda olur.Bəzi cinlərlə əlaqədə olan insanlar da buna bənzər işlər edə bilərlər.Bunları ayırmaq üçün onların kim olduğuna,nəyə qulluq etdiyinə baxmaq lazımdır.Bir insanın əqidəsi batildirsə,əməllərində şirk,bidət varsa o ovliya deyil.Etdiyi qeyri-adi şeylər isə şeytan tərəfindəndir.
    Ekstrasensleri falchilarlada muqayise etmek duzgun deyil.
    Burda yadıma bir hədis düşdü.Bir dəfə Peyğəmbər-sav-barmağı ilə çoxlu xəttlər çəkir və xəttin birini göstərib bu haqq yoldur,digərləri isə azğınlıqdır deyir.Bunu misal gətirməkdə məqsədim budur ki haqq yol birdir ,sapıqlıq yolları isə istədiyiniz qədər.Sadəcə adlarında və fikirlərində müəyyən fərqlər olsa da hamısı İblisə dayanır.Buna görə də ekstrasenslər və falçıların arasında elə də ciddi fərq yoxdur.
    hetta peygember bele ideal olmuyub.
    Bu söz küfrdür.Peyğəmbərlər-Hamısına Allahın salamı olsun!- xətasız olub.
    Sizin timsalinizda bir daha görunurki din insanlarda qorxu hissi yaradir,insanlarin tam öz qabiliyyetlerini,imkanlarini ashkara chixarmasina mane olur
    Xüsusən islam dini insanların həyatında bədbəxtliklər meydana gətirə biləcək bütün yolları bağlayır.İnsan elə varlqdır ki çox vaxt qabiliyətlərindən sui-istifadə edir.Bu insanın təbiətində var.Bəqərə surəsinin 102-ci ayəsində Allahu-taəla bildirir ki O insanlara sınaq üçün,sehr öyrətməyə 2 mələk göndərir.O mələklər özləri deyirdilər ki biz fitnəyik.Yəni burda onların öyrətdiyi sehrin bir elm olduğu təsdiq olunur ,ancaq bu nə qədər bir elm ,qabiliyyət olsa da zərəri xeyrindən çox olduğundan qadağan olunub.Ümumiyyətlə din qadağan olunan işlərdə bəzi xeyrlərin olduğunu inkar etmir.Məsələn Quranda içkidə bəzi mənfəətlərin olduğu deyilir ancaq zərəri xeyrinədn çox olduğundan haram edilib.Digər haramlar da belədir.
    Hekimlerin onlara qarshi tepkisi de normaldir,chunki hekim chare tapa bilmediyi xestelikleri eksrasensler sagaldir.Biznesleri ölur.
    Düzdür həkimilərin çarə tapmadığı bəzi xəstəliklər doğrudan da var.Bunlar da əsasən cadu və gözdəymə ilə bağlı olur.Bunu isə islamın bildirdiyi vasitələrlə mualicə etmək olur.Digər vasitələrdə isə xeyir ancaq müvəqqətidir.?n əsası onda şirk və bidət olan bəzi vasitəlrdən istifadə edildiyinə görə olmaz.Doğrusunu Allah bilir.

    Цитата Сообщение от Best По?мотреть ?ообщение
    [B][SIZE="3"] Belə ki, «Yeni Çağ» qəzeti Z.Rzayevin əslində Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu yazıb. ]
    Doğrudan da xüsusi xidmət orqanları bu cür adamlardan fəal istifadə edirlər.
    По?ледний раз редактировало?ь cana; 07.03.2009 в 00:17

  13. Göstərilən foksarik bu posta görə Muhacir üçün təşəkkür etdi:

    Medeya (08.03.2009)

  14. #32
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Ekstrasens Zirəddin Rzayev ittihamlara cavab verəcək

    O, Rusiyaya qayıdıb

    Bakıda səfərdə olan ekstrasens Zirəddin Rzayev çalışdığı və təhsil aldığı Rusiyaya qayıdıb. Bu barədə Lent.az-a ekstrasensin Bakıdakı dostlarından biri məlumat verib. O bildirib ki, Z.Rzayev Rusiyaya martın 5-də dönüb.

    ATV-də yayımlanan “El içində? verilişində və Azərbaycanda çap olunan “Yeni Çağ? qəzetində ünvanına səslənən fikirlərə gəlincə, mənbə bildirib ki, Z.Rzayevin həmin ittihamlardan xəbəri var və o, bununla bağlı yaxın vaxtlarda münasibətini açıqlayacaq.

    Xatırladaq ki, Z.Rzayev “El içində? verilişində tənqid edilib və insanları aldatmaqda ittiham olunub. “Yeni Çağ? qəzeti isə Z.Rzayevin Bakıda “satanist? (şeytana ibadət edənlər) klubu yaratdığını yazıb. Həmin yazıda bildirilib ki, Zirəddin Rzayev Rusiya xüsusi xidmət orqanlarının agentidir.

    Z.Rzayev Rusiyanın TNT telekanalında yayımlanan “Bitva Ekstrasensov? paranormal şousunda ikinci yeri tutub.



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  15. #33
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    sekret
    İsmarıc sayı
    5,016
    Təşəkkür edirəm!
    9,694
    Təşəkkür alıb: 6,245 dəfə, İsmarıc; 2,798

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Men inanmiram ona ne qeder duz desede :o Men bucur insanlardan qorxuram sher quvvelerdir
    человек имеет право ?мотреть на другого ? вы?ока только тогда,когда он помогает ему подн?ть??...

  16. #34
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Korlar sheheri.
    İsmarıc sayı
    8,664
    Təşəkkür edirəm!
    9,294
    Təşəkkür alıb: 11,208 dəfə, İsmarıc; 4,911

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Eslinde 1 terefden baxanda ola bilsin ki, o ne ise gorur ve ya hiss edir. Ola bilsin ki, dediklerinin choxu duz chixir. Amma ne olsun?.
    Shexsen men inanmiram. Subut olsa bele uzaq olmaga chalisharam. Mence eger insanin geleceyi haqda nese bilmesi lazim olsaydi, o bilerdi. Misal olaraq muxtelif sheyler bezen yuxu vasitesile anlashilir. Yoxsa kimese 1 nov mohtac olaraq chareni bu yolla axtarmaq duzgun deyil. :morning:

  17. #35
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    ---
    İsmarıc sayı
    1,335
    Təşəkkür edirəm!
    178
    Təşəkkür alıb: 509 dəfə, İsmarıc; 356

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    "Yeni Çağ" qəzetinə münasibətim o qədər də müsbət olmasa da bu yazılarına görə onları alqışlayıram.

    Ekstrasens Zirəddin Rzayev ruhunu şeytana satıb

    Zirəddin Rzayevi tanıdan və Rusiya xüsusi-xidmət orqanlarının nəzarətində olan rus telekanalının rəhbəri ermənidir

    Bu ölkənin problemi azmış kimi, başımıza bir də Zirəddin Rzayev adlı şeytan qulluqçusu müsəllət olub. Bu günlərdə toyda, yasda, hər yerdə bu şeytan qulluqçusunun söhbəti gedir. Bizim yazılarımıza haqq qazandıranlar olduğu kimi insan cildinə girmiş iblisləri müdafiə edənlər də tapılır. Zirəddin Hüseynov da mətbuata verdiyi açıqlamada özünü “mələk? kimi göstərir və nədənsə daha ciddi məsələlərə laqeyd yanaşan bəzi həmkarlarımız bu şeytana xidmət edəni reklam, bəzən də müdafiə etməkdən çəkinmirlər.

    Öncəliklə, onu qeyd etməliyik ki, Zirəddin Rzayevi şeytan qulluqçusu adlandıranda, heç də öz düşüncəmizi ifadə etmirik. Müqəddəs Kitabımız Qurani Kərimdə dəfələrlə Zirəddin və onunkimilər fəsiləsindən olanlar haqqında açıq ayələr var ki, bunlar ruhlarını şeytana satıblar və bunlar insan cildinə girmiş şeytanlardır:

    «Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadugara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlar) nazil olur». (əş-Şuəra 221,222). «Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz». (Ta ha 69). «Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar». (Yunus 77). «…Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər». (əl-Bəqərə 102). «…Onlar Cibt və Tağuta inanır». (ən-Nisa 51).

    Və ya hədislərdə buyurulur ki, «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır, bir kimsənin digərini sevməsi üçün sehr edilir. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır?. Yəni, Zirəddin və onunkimilər fəsiləsindən olanlar iddia edə bilərlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə (Allah qorusun) dünyasını da, axirətini də puç edəcəkdir. ?gər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi. «De ki: Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən». (əl-Fələq 1-5).

    «De ki: Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da». (ən-Nəs 1-6).

    Müsəlmanlar unutmamalıdırlar ki, cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisində buyurub ki,: «Kim ?rraf (ərraf – kahin, müasir dildə ekstrasens növlərindəndir. İbn ?sir (rahmətullahi aleyhi) deyir ki: «Münəccim, qeybi bildiyini iddia edən kimsədir». Xattabi (rahmətullahi aleyhi) deyir ki: «Oğurlanmış əşyanın yerini deyən, qeyb olan şeylərin məkanını bilən və s. buna bənzər şeyləri söyləyən kimsədir») adlanan bir falçı yanına gedib fala baxdırsa və ona inansa onun qırx günlük namazı qəbul edilməz» (Müslim, 2230, ?hməd, 5/380, 4/6.

    Qurani-Kərimin “əl-Hicr? surəsinin 16-18-ci ayələrində zirəddinkimilərin bəd əməlinin Uca Allahın necə qəzəbinə tuş gəldiyindən bəhs edilir:«Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edə (və üstünə düşüb yandırar)».

    Aişə (radıyallahu anhə) rəvayət edir ki, mən: «Ya Rəsulullah! Kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır». Peyğəmbər: «Bu doğru (sabit) olan kəlimələrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlmələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)» deyə buyurdu (Müslim, 2229).

    Bəli, biz şeytandan dəstək alaraq, zavallı insanları aldadan Zirəddin Rzayevin haram hərəkətinə qarşı öz mövqeyimizi ortaya qoyarkən, Uca Allahın (c.c.) nazil etdiyi Qurani-Kərimə və Həzrəti Məhəmmədin (s.a.s.) hədislərinə söykəndik. Biz müqəddəs dinimizin bizə öyrətdiklərindən yola çıxaraq, bu adamın əməllərinin şeytan əməli olduğunu anlatmağa çalışdıq.

    Bu gün Zirəddin Rzayevin öz ailəsini haram pulla dolandırdığını yazdıq. Necə ki, ?bu Məsud əl-Bədri (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir» (Buxari, 2237, Müslim, 1567).

    Və bu pul o qədər haramdır ki, peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) səhabələri o pulla yedikləri yeməyi bilə qusmağı üstün tutublar:

    Aişə (radıyallahu anhə) rəvayət edir ki, ?bu Bəkrin (radıyallahu anhu) bir köləsi vardı. Bir gün yeməyə bir şey gətirdi, ?bu Bəkr də ondan yedi. Kölə ona: «Bunu nəyin qazancından alındığını bilirsənmi?». O: «Bu nəyin qazancındandır?» deyə soruşdu. O, da: «Cahiliyyə dövründə bir nəfərə kahinlik(oxu: ekstrasenslik) etmişdim. Halbuki mən kahinliyi bilmirəm. Lakin onu aldatmışdım. Mənimlə qarşılaşdı və bunları mənə verdi. Sənin yediklərin də odur. ?bu Bəkr (radıyallahu anhu) əlini ağzına soxaraq yediklərini qusdu» (Buxari, 3843).

    Bəli, biz müsəlmanın bu şeytan nökərlərinə qarşı necə davranmalı olduğunu göstərdik. Bu ekstarsenslər, falçılar, cadugərlər sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər və onların pullarını və mallarını haram yolla onların əlindən alırlar. Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nigahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, itirilmiş əşyalarını tapmaq və buna oxşar məqsədlərlə sehrbazların yanına gedirlər. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. ?bu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Kim bir kahinin yanına gedib onun dediyini təsdiq edərsə Məhəmmədə nazil olanı inkar etmiş olar» (?hməd, 2/408,429,476, ?bu Davud, 3903, Tirmizi, 135).

    Biz onsuz da günahlar içində olan məmləkətimizin bir bəladan qurtulması, dindən çıxmamaları üçün bu addımı atdıq...

    Zirəddin Rzayev adlı satanist özünü təmizə çıxarmaq üçün dindən sui-istifadə etmək istəyir. Deyir ki, mən imamların nəslindənəm. Və özünün Həzrəti ?li nəslindən olduğunu iddia edib, insanların dini inancını istismar etmək istəyir. Bəyəm Həzrəti ?li (ə) ekstrasenslik və ya cadugərliklə bağlı Həzrəti Məhəmməddən (s.a.s.) fərqlimi düşünürdü? Və ya hansı imam Zirəddin Rzayevin tutduğu yolda addımlayıb? Bir imam göstərə bilərsinizmi ki, o, ekstrasenslik edib?.. Ekstrasensliyin əsla möcüzə olmadığı və şeytan əməli olduğu müqəddəs Kitabımızda açıq şəkildə göstərilib və Zirəddin Rzayevin əslində şeytanın qulluqçusu olduğunu ortaya qoyur. Bu adam isə “yalan deyirəmsə, qoy imamların cəddi belimi qırsın? deyərək, primitiv aldatma üsulundan istifadə edir. Və unudulmamalıdır ki, axirətdə bir insanın hansı nəsildən olması ona heç bir yardım etməyəcəkdir. Necə ki, ?bu Ləhəb də Həzrəti Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) əmisi idi. İnsanlar əməllərinin cəzasını çəkəcəklər.

    Belələri üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurub: «Ümmətimdə cahiliyyə dövrün-dən dörd əlamət qalmışdır. Öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək, yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq» (Müslim).

    Bəli, Zirəddin Rzayev kimilər avam insanları aldadaraq Qurani Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. Subhənəllah! Bu qədər də yalan olar. Məgər Qurani Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamçılıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır. «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (əl-?nam 59).

    Şeytana ibadət edənlərin vəzifəsi müsəlman cildinə girib, insanları dindən uzaqlaşdırmaqdırsa, biz müsəlmanların da vəzifəmiz bu satanistlərin maskasını yırtıb, xalqımıza həqiqətləri göstərməkdir. Bizim borcumuzdur ki, insanlarımızı mövhumatdan uzaqlaşdırıb, həqiqi İslam dininınə qovuşduraq. Çünki əks halda mövhumatçı insanlarımızın sayəsində Zirəddin Rzayev kimilər hər yerə daraşacaq...

    Bizim borcumuzdur ki, insanlarımızı quşların uçuşu, qara pişiyin yoldan keçməsi, həftənin müəyyən günlərini, gecə vaxtı dırnaq tutmaq, ev süpürmək, qaşıq düşdü qonaq gələcək, gecə vaxtı güzgüyə baxmazlar və s. müxtəlif əşyaları, sözləri yozmaqdan qurtaraq. Biz XXI əsr Azərbaycanının XIX əsrə aparanlara qarşıyıq. Və bunun üçün falçıların, satanistlərin, ekstrasenslərin hədəfinə çevrilmişik. Necə ki, XIX əsrin aydınları Şeyx Nəsrullahlara qarşı mübarizə aparanda din dəllalları onları hədəfə götürmüşdü, bu gün biz imanlı qəlbimizlə və düşünən beynimizlə bu saxtakarlara qarşı mübarizə aparırıq.

    Biz dindarıq! Biz əlhəmdülillah müsəlmanıq! Biz din adı altında mövhumatın təbliğinə qarşıyıq ki, bizim fərqimiz də bir çoxundan budur. Biz hesab edirik ki, mövhumat insanın rasional şəkildə və onun məntiqlə düşünməsinə əngəl törədir. İnsanı əfsanələrə, sehrə və şişirdilmə, uydurma şeylərə inanmağa sürükləyir və onlardan asılı edir. Bu cür düşüncələrə dalan, dərinə gedən insan öz ümidlərini əfsanələrə bağlayır. İslam dini bunun əksinə olaraq insanları Allah təalanın məxluqat üçün nazil etdiyi əsaslı, elmə söykənən qaydalar və təbii qanunlar üzərində diqqətlərini mərkəzləşdirməyə yönləndirir.

    Düşünmək, təfəkkür etmək əqli fəaliyyətdir. Bu fəaliyyət insandan ağlını istifadə edərək düşüncə proseslərini tənzimləməsini, nizamlamasını tələb edir. Mövhumat bunların hamısına son qoyur, qarşısını alır. ?qli fəaliyyət artıq hazır nəticələr üzərində düşünməklə kifayətlənir, inkişafa göz yumur və bundan uzağa getməkdən aciz qalır. Bax elə bu minvalla sehrbaz, cadugərlər insanları istismar edir və iddia edirlər ki, qeyb haqqında və əşyaların gizli aspektləri ilə əlaqədar elmə sahibdir. Beləliklə, sehrbaz, falçı və cadugərlər ağıldan zəif insanları istismar etməklə öz işlərini məhdudlaşdırırlar.

    Allah təala buyurur: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (?l-?raf, 179).

    Bu gün gözü olub, həqiqəti görməyənlər, qulaqları olub, doğru sözü eşitməyənlər bu şeytan qulluqçusunu müdafiə edir, ona tribuna verirlər ki, şeytana bir az da çox qulluq etsin. Görəsən, Zirəddin adlı satana qulluqçusunu müdafiə edənlər, onun kimilərin şeytanın xoşuna gəlmək üçün müqəddəs Kitabımızı murdarladığından xəbərləri varmı? Və Zirəddin Rzayev özünə bu qədər əmindirsə, “Qurani-Kərim?in oxunduğu yerdə ekstrasenslik edə bilərmi? “?l-Bəqərə? surəsinin oxunduğu bir yerdə ekstrasenslik etməyə cəsarəti çatarmı? Cavabını biz veririk: ?sla! Çünki, Qurani-Kərim oxunduğu yerdə şeytan olmaz! Şeytan gedəndən sonra Zirəddin Rzayev heç bir şeydir. Çünki danışan və insanları aldadan Zirəddin Rzayev deyil, onun ruhunu özünə əsir edən şeytandır...

    P.S. Müsəlman ölkələrində ekstrasensliklə məşğul olanlar dövlət tərəfindən ən ağır cəzalara məruz qoyulur. Zirəddin Rzayev isə o qədər irəli gedib ki, fırıldaqçılığa, şeytana qulluq edənlərə qarşı mübarizə aparanları məhkəmə ilə hədələyir. Bəşərin hökmünün heç bir önəmi olduğunu anlamayan Zirəddin Rzayev unutmamalıdır ki, ən böyük mühakimə axirətdə olacaq və bizim üçün ən önəmlisi o məhkəməni qazanmaqdır...

    P.P.S. Zirəddin Rzayev ermənilərlə heç bir əlaqəsinin olmadığını israrla deyir. Ancaq unudur ki, onun parlamasında müstəsna rolu olan və təkcə Azərbaycanda deyil, Rusiyada da ekstrasens kimi tanınmasını təmin edən “TNT? telekanalının rəhbərlərindən birinin erməni olduğundan belə xəbərimiz var... Biz çox məsələdən xəbərdarıq və bütün bildiklərimizdən hər kəsin xəbəri olacaq. Azərbaycana niyə gəlməyə çəkindiyində, şeytan qulluqçusu...

    Yəni, həm ermənilərin və Rusiya xüsusi-xidmət orqanlarının nəzarətində olan bir telekanalda ekstrasens yarışmasının qaliblərindən biri olacaqsan, həm də “bu işlərdən xəbərsiz məsum? rolunu oynayacaqsan. Utanmasan, oynamağa nə var ki...

  18. #36
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    ---
    İsmarıc sayı
    1,335
    Təşəkkür edirəm!
    178
    Təşəkkür alıb: 509 dəfə, İsmarıc; 356

  19. #37
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    ---
    İsmarıc sayı
    1,335
    Təşəkkür edirəm!
    178
    Təşəkkür alıb: 509 dəfə, İsmarıc; 356

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    ق?ل....وَلَوْ ك?نت? أَعْلَم? ٱلْغَيْبَ لاَسْتَكْثَرْت? م?نَ ٱلْخَيْر? وَمَا مَسَّن?يَ ٱلسّ?وۤء?

    De:... “?gər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı."(əl-?raf,7/18

    Allahu Taəla Rasuluna bunu deyir.Allah qatında Rasulullahdan daha xeyirlisi varmı??gər ona belə deməsi əmr edilirsə ,onda necə olur ki digər insanların gələcəyi görməsi barədə belə əminliklə danışılır.Allah bizi şeytana uymaqdan qorusun.Amin.

  20. #38
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Korlar sheheri.
    İsmarıc sayı
    8,664
    Təşəkkür edirəm!
    9,294
    Təşəkkür alıb: 11,208 dəfə, İsmarıc; 4,911

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    Bu gun elime jurnal dushdu. Harda ki, 10dan musahibe aliblar.
    Demek, oglu olmasi haqda sual verdiler – ‘tebii ki, men isteyerdim oglum olsun ve bu sirleri 10a oyrendim’.
    Ozune bu yolla klientler de yigir -

    Zireddinle elaqe uchun:
    Moskva, ‘Liniya jizni’ salonu.
    Tel: +7495 641 5262
    e-mail: ziyaeddin@rambler.ru
    Qebulun qiymeti: 35. 000 rubl.

    Bunlari qeyd etmeye icaze olur her halda. En azi deqiq melumat uchun. Sonra da deyir maya, iyuna kimi vaxtim yoxdur nebilim ne. V principe vaxt azligindan butun firildaqchilar shikayetlenir. :morning:

  21. Göstərilən foksarik bu posta görə Sole üçün təşəkkür etdi:

    Muhacir (20.03.2009)

  22. #39
    Qeydiyyat
    Feb 2009
    Ünvan
    Paradise
    İsmarıc sayı
    376
    Təşəkkür edirəm!
    320
    Təşəkkür alıb: 213 dəfə, İsmarıc; 142

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    əşi fırıldaqçıdı kim olacaq ki?? bizim millətdə elə şarlatanlara niyə inanırlar mən bunu anlamıram

  23. #40
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    Emirates
    İsmarıc sayı
    15,654
    Təşəkkür edirəm!
    7,730
    Təşəkkür alıb: 13,410 dəfə, İsmarıc; 6,554

    По умолчанию Re: Zirəddin Rzayev; o kimdir?

    «Azərbaycanda daha iki müəmmalı qətl olacaq»



    Məşhur ekstrasens Zirəddin Rzayevlə müsahibə

    - Azərbaycana gəlib qayıdandan sonra haqqınızda yaxşı fikirlərlə yanaşı, xoşagəlməz sözlər də söylədilər. Sizə qarşı müxtəlif şəxslərin mənfi fikirlərini, sizi ekstrasens kimi qəbul etməmələrini nə ilə izah edərdiniz?
    - Azərbaycanda birmənalı qarşılandım. Çünki xalqın böyük bir qismi məni sevir. Mən bunu televiziyaların qabağında mənimçün dayanan böyük izdihamlardan gördüm. Bu gün Rusiyaya, Moskvaya mənim qəbuluma yazılan azərilərin sayı heç də ruslardan az deyil. Ancaq çox təəssüflər olsun ki, bəzi dırnaqarası həkimlər və Şeyx Nəsrullahlara mənim vətənə qayıdışım bir o qədər də xoş gəlmədi və onlar narahat oldular. Məhz buna görə də ATV kanalında “El içində? verilişində və bəzi sahibləri kimi səviyyəsiz qəzetlərdə mənə böhtan atdılar və arxamca şər danışdılar. Ancaq nə etmək olar ki, küpün içində nə varsa, çölünə də o sızar. Mənəviyyatı böhtan və yalanla dolu olan insanlardan nə gözləmək olar? Mən üzr istəyirəm sizdən, belə yərdə gözəl atalarımız deyiblər ki, it hürər karvan keçər. Mənim yanımda olsanız, qəbuluma gələn millətimin onlar haqqında nələr danışdığını və nə fikirdə olduğunu görərdiniz.

    Bəsirətliləri öldürənlərin taleyi yaxşı olmur

    - Yəqin ki, məşhur ekstrasens Etibar Erkinin faciəli qətlini xatırlayırsınız. Onu bu ölkədə AĞ IŞIQ olduğu üçün qəbul etmədilər. İraq olsun, belə bir taleyi yaşamaqdan qorxmursuz?

    - Etibar Erkinə böyük hörmət və izzətim var. Allah ona rəhmət eləsin. Onu öldürənlər ölüb gedəcək, ancaq o daim yaşayacaq. Elə hər iki mənada, həm xalqın qəlbində, həm də axirətində. Bir də ki, Allahın yazısını dəyişmək mümkün deyil. ?gər Allah istəməsə, məni heç kəs öldürə bilməz. Ümumiyyətlə vergili və bəsirət sahibli insanları öldürənlərin taleyi və aqibəti bir o qədər də yaxşı olmur. Onlar müqəddəs ruhlar tərəfindən lənətlənirlər. Necə ki, Qriqoriy Rasputin Çara demişdi ki, sənin taxtına dəyən güllə mənim bədənimdən keçəcəkdir. Elə də oldu. Rasputini öldürəndən sonra elə böyük müsibətlər baş verdi ki, hamıya məlumdur.

    - Həssaslıq insana əslində əziyyət verən hissdir. Üstəlik, öncədən duyma. Sizi ətrafdakılar çoxmu narahat edir?
    - Mənə öncədəngörmələrim çox əziyyət verir. Gecələr yata bilmirəm və s. Hələ üstəlik, növbədənkənar insanların müraciətləri, yaxın dostların və tanışların, qohumların mənə üz vurmaları mənə çox əziyyət verir. Ümumiyyətlə, insan nə qədər çox bilirsə, bir o qədər də əziyyət çəkir.

    İslamda da magiya var

    - Sizin məşğuliyyətinizi magiya adlandırmaq olarmı?

    - Magiya gizli elm deməkdir. İslam magiyası da var ki, islamın özündə də bəzi ritualları həyata keçirməklə baş verən situasiyanı korreksiya etmək olur, təbii ki, Allahın izni ilə. Buna misal olaraq “məfatihül hacat?, “məfatuhul cinan? və bu kimi nadir inciləri nümunə gətirmək olar. ?n əsası odur ki, şeytana qulluq etmə, yaradanını tək bil və əhli-beyt aleyhimussalimi sev.

    - Bir müddət əvvəl qeyd etmişdiniz ki, Rusiya vətəndaşlığını almağı planlaşdırırsız. Aldınızmı?
    - Mən hazırda bu məsələ üzərində çalışıram və inşallah, düzəlmək iqtidarındadır.

    - Hər dəfə Qarabağın taleyi ilə bağlı sual verəndə siz nədənsə bundan yayınırsız. Niyə? Sizi qorxudan nədir? Bir sözlə, Qarabağın axırı necə olacaq?
    - Mən Allahın, prezidentin və xalqın köməkliyi ilə Qarabağ adlı yaramızın sağalacağına inanıram.

    SPİD-dən də qorxulu bir xəstəlik zühur edəcək

    - Dünyada nələr baş verir? Üçüncü dünya müharibəsi olacaqmı? ?gər olacaqsa, nə vaxt?

    - Son illər ərzində üçüncü dünya müharibəsini görmürəm. Ancaq yer kürəsində elə xəstəliklər görürəm ki, tibb elmi onların qarşısında aciz qalacaq. Hətta SPID-dən də qorxulu bir xəstəlik zühur edəcək. Eyni zamanda SPID-in əlacı tapılacaq.

    - Maya ləqəbli gürcü ekstrasensi Azərbaycan üzərində mənfi enerjinin olduğunu, satanist mənsubiyyətli insanların çoxluq təşkil etdiyini söyləyib. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
    - Hərə öz dediyinə cavabdehdir. Mən, əksinə inkişaf etmiş ölkələr üzərində qara energetika olduğunu görürəm. Azərbaycan isə bu baxımdan çox təmizdir.

    - Azərbaycandakı siyasi gerçəkliklər barədə nə deyə bilərsiz?
    - Düzü siyasi suallara cavab vermək istəmirəm. Axı siyasətçi deyiləm, görücüyəm. Psixologiya fakultəsində oxuyanda bizə hüquqi, tibbi və pedaqoji psixologiya üzrə mütəxəssis, psixologiya elmləri doktoru, professor Kərim Kərimov leksiya deyirdi. Həmişə ondan xəbər alanda ki, professor necəsiz? Deyərdi ki, hər yerim ağrıyır - vicdanımdan savayı. Mən bütün insanlara vicdanla ölçü götürmələrini arzu edərdim. Çünki vicdan olan yerdə insanlıq da var.

    - Sizcə, ölkəmizdə neft nə zaman bitəcək?
    - Yaxın zaman ərzində neftimizin tükənəcəyini görmürəm. ?ksinə yeni neft quyuları aşkarlanacaq.

    Nadir İsmayılov qohumumun qızını dəli eləmişdi

    - Psixiator Nadir İsmayılov bildirib ki, sizi imtahana dəvət edib, amma siz gəlməmisiz. Niyə getmədiniz imtahana?

    - Psixiator Nadir İsmayılovun özünü testdən keçirmək lazımdır ki, niyə bu qədər insanları bədbəxt edir? Məni Rusiya kimi hegemon dövlətin Səhiyyə Naziri və məşhur alim, kriminalist, həkim-psixiator Mixail Vinoqradov təsdiqləyibsə, Nadir kimilərinə heç də ehtiyac yoxdur ki, məni testdən keçirsin. Ekstrasens olmaqla yanaşı mən həm də həkiməm. Özüm paranormal və ekstrasensor qabiliyyətə malik olan insanları yoxlamaq və testdən keçirmək iqtidarındayam. Buna mənim rəsmən hüququm var. Nadir gəlsin, əvvəlcə Rusiyanın Səhiyyə Naziri və Mixail Vinoqradov tərəfindən testdən keçsin, ondan sonra onların testdən keçirdiyi ekstrasensi yoxlamağa can atsın. O, yaşına, yoluna hörmət qoymayan, böhtan və təhqirləri özünə rəva bilən kasıb mənəviyyata sahib bir insandır. Bu gün Nadirin sağalda bilmədiyi xəstələr mənim yanıma gəlir və Allahın izni ilə şəfa tapırlar. O cümlədən mənim həyat yoldaşım. Qohumum Gəncə Dövlət Universitetinin professorudur. Onun qızını Nadir müalicə adı altında az qala ki, dəli etmişdi. Rusiyanın həkimləri onun reseptini görəndə gülmüşdülər ki, bu şizofreniya xəstəliyinə yazılan dərmanlardır və bunu nəinki professor, hətta feldşer də yazmaz.

    - Rail Rzayevin qaranlıq ölümü ilə bağlı həmişə dinməz mövqedə dayanmısız. Nə vaxtsa bu barədə danışacaqsınızmı?
    - Allah rəhmət eləsin. Kriminal və siyasi məsələlərdən mümkün qədər uzaq olmağa çalışıram. Hər kəs öz əməlinə ilahi hakimiyyətdə cavab verməli olacaq. Bu dünya isə elə-belədir, sınaqdır.

    - Heç olmaya deyə bilərsizmi Azərbaycanı yaxın gələcəkdə daha hansı müəmmalı hadisələr gözləyir?
    - İndən belə Azərbaycanda iki müəmmalı qətl olacaqdır ki, böyük ehtimalla bunun biri 2012-ci ilə təsadüf edəcək.

    Həbsdəki jurnalistlərin ikisi bir, biri tək buraxılacaqlar

    - Müsahibələrinizin birində jurnalistlərdən birinin tezliklə azad olacağını demişdiniz. Onlardan biri - Mirzə Sakit amnistiyaya düşdü, ancaq bundan imtina etdi. Hər halda iki-üç aydan sonra vaxtı bitərək azadlığa cıxacaq. Bəs həbsdəki digər jurnalistlərin taleyi necə olacaq?

    - Həbsdə qalan jurnalistlərin yaxın zamanda buraxılacağını görmürəm. Onu deyə bilərəm ki, ikisi bir, biri tək buraxılacaq.

    - Bu il Azərbaycanı nələr gözləyir?
    - Bu il Azərbaycan üçün, ümumiyyətlə bir o qədər də aktiv il olmayacaq. Ancaq krizislə bağlı zərər görən ölkələr içərisində ən yaxşı ölkə Azərbaycanın olduğunu görürəm.

    - Dünyadakı iqtisadi böhran nə zamana kimi davam edəcək?
    - Bu il iqtisadi böhran sona çatmalıdır. Ancaq ümumilikdə 2011-ci ilə kimi bunun təsirləri hiss olunacaq.

    - Sizcə, nəyə görə ölkəmiz qadın alverində bu qədər inkişaf edib. Yaxın illərdə bu biabırçılıqdan canımızı qurtara biləcəyikmi?
    - Bu, bütün dünyada olduğu kimi bizim də ölkəmizdə var. Bu suala qəti şəkildə yox deyərdim.

    Mənə nəfəs almağa aman vermədilər

    - Azərbaycana gələndə hansı enerjinin təsiri altında oldunuz?

    - Heç mənə aman verdilər ki, nəfəs alım və yaxınlarımla görüşüm? Azərbaycanda pirlərə getməyə və yaxınlarımla görüşməyə gəlmişdim, təəssüf ki, yalnız Mir Mövsüm Ağanı ziyarət edə bildim.

    - Rusiyadan qalib kimi Bakıya dönüb, ilk olaraq “Çal-Çağır? kimi qeyri-ciddi verilişə çıxmağınızı çox insan müsbət qarşılamadı. Düşünmürsüz ki, bu sizin imicinizə qeyri-ciddilik gətirdi?
    - Böyük islam alimlərindən biri belə deyib: “dindara baxıb dinə qiymət verməyin?. Veriliş qeyri-ciddi olsa da, mən orada qeyri-ciddi hərəkət etmədim. İkincisi isə uşaq qəlbli bir insanam. İstəyəndə oxuyuram, şer yazıram, musiqi bəstələyirəm. Ümumiyyətlə, özümə məhdudiyyət qoymamışam.

    - Azərbaycandan qəbulunuza düşmək üçün Moskvaya yanınıza gələnlər varmı?
    - Azərbaycandan qəbuluma gələn həmyerlilərimin sayı ən azından rusların və digər ölkələrdən gələn vətəndaşların sayı ilə bərabərdi.

    - Azərbaycanda da fəaliyyət göstərməyi planlaşdırırsınızmı?
    - Bəli, az da olsa vətənimdə ilin müəyyən hissəsində fəaliyyət göstərəcəm.

    - Bir daha nə zaman Bakıya gələcəksiniz?
    - Qorxuram bunu deməyə. Çünki Bakıya istirahətə gələcəm. ?gər bilsələr, yenə də mənə nəfəs almağa aman verməyəcəklər.

    Hüquq-mühafizə orqanlarından aldığım təklifi qəbul etmədim

    - Bakıda olarkən, Azərbaycan hüquq-mühafizə orqanlarından sizə əməkdaşlıq təklif edildimi?

    - Bəli, əməkdaşlıq təklif etdilər. Mən isə imtina etdim. Çünki kriminal, siyasi və s. bu kimi fəaliyyət sahələri ilə məşğul olmaq istəmirəm.
    - Bakıya gəlib qayıtmağınız Rusiyadakı işinizə bir təsir etdimi? Yəni hansı cəhətdən təsir etdi? Nələr dəyişdi?
    - Bakıya gəlib-qayıtmağım işlərimdə tıxac yaratdı. Hələ də onun əziyyətini çəkirəm və əvvəlki günlərdən indi daha çox yoruluram.
    - Yarışdan sonra Rusiyanın TNT kanalından hər hansı məsələ və ya işlə bağlı təklif almısınızmı?
    - Nəinki TNT, tez-tez müxtəlif televiziya kanallarına da dəvətlər alıram. // Azadlıq Qəzeti



    Adları belə Türkmənşəli "ərmən" sözündən götürülüb. Qarabağ da erməni yurdudur deyib qədim adı olan Arsakı dəyişdirib onu Artsax ediblər. Maraqlıdır erməni "dilində" "QARA-BAĞ" və "?R-SAK" sözləri varmı?! Sak tayfalarını erməniləşdirmək ağıllarına gəlmir hələ ki.


    O boyda torpaqlardan sonra bir mahnının söhbətini eləyirik!



  24. Göstərilən foksarik bu posta görə Leon üçün təşəkkür etdi:

    Napoleon (08.04.2009)

4 səhifədən 2-cisi İlk səhifəİlk səhifə 1234 По?ледн??По?ледн??

Thread Information

Users Browsing this Thread

There are currently 1 users browsing this thread. (0 members and 1 guests)

Похожие темы

  1. Kimdir təqsirkar?
    By Xmen in forum Siyasət, olaylar, hadisələr və s.
    Cavablar: 11
    Son ismarıc: 23.07.2011, 14:20
  2. İmadəddin Nəsimi
    By emin_m in forum Poeziya, ədəbiyyat
    Cavablar: 10
    Son ismarıc: 29.06.2011, 22:40
  3. Məmməd ?min Rəsulzadə kimdir?
    By Maestro in forum Doğma Azərbaycan!
    Cavablar: 8
    Son ismarıc: 06.12.2009, 01:48
  4. Dostumuz kimdir?
    By Maestro in forum Siyasət, olaylar, hadisələr və s.
    Cavablar: 16
    Son ismarıc: 01.07.2009, 10:21
  5. Islam Rzayev - Gel inad etme (1997)
    By Leon in forum -- Azərbaycan estradası
    Cavablar: 0
    Son ismarıc: 04.03.2009, 14:27

Tags for this Thread

Ваши права в разделе

  • Вы не можете ?оздавать новые темы
  • Вы не можете отвечать в темах
  • Вы не можете прикрепл?ть вложени?
  • Вы не можете редактировать ?вои ?ообщени?
  •  
 
Ча?овой по?? GMT +5, врем?: 06:52.
 
Keywords: web studio, art studio, photo studio
 
Forumlarda yazılan fikirlər müstəqil istifadəçilərin şəxsi fikirləridir və Administrasiya onlara görə heç bir halda məsuliyyət daşımır.
 
© 2004-2010, Fox.AZ – İnformasiya əyləncə portalı. Bakı şəhəri, Azərbaycan.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Powered by vBulletin Copyright © 2010 vBulletin Solutions, Inc. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player