Səməd Vurğun

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Fox.AZ
Qaynar olaylar Texnologiyalar Canlı ünsiyyət (Bloqlar)
Gündəlik həyat Şou-biznes
  MüzakirÉ™lÉ™r (Forum)
Avto dünya Xüsusi layihələrimiz Yükləmələr
İdman və sağlamlıq Mobil xidmətlər Online arxiv
 

5 sÉ™hifÉ™dÉ™n 1-cisi 12345 ПоÑ?леднÑ?Ñ?ПоÑ?леднÑ?Ñ?
Показано Ñ? 1 по 20 из 89.

Тема: Səməd Vurğun

  1. #1
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Səməd Vurğun


    Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
    Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
    Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
    1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
    SÉ™mÉ™d VÉ™kilov gÉ™ncliyindÉ™ o hÉ™r ÅŸeylÉ™ maraqlanan, hÉ™ssas, şıltaq, bÉ™dÉ™ncÉ™ zÉ™if, bununla yanaşı çox cürÉ™tli, möhkÉ™m iradÉ™li, hazırcavab idi. TÉ™hsilÉ™ baÅŸladığı ilk günlÉ™rdÉ™n ondakı fitri istedad özünü göstÉ™rmÉ™yÉ™ baÅŸlamışdı. Bu illÉ™rdÉ™ o, Vaqif, Vidadi, Zakir vÉ™ Sabir yaradıcılığı ilÉ™ yanaşı, A.S.PuÅŸkinin, Y.M.Lermontovun vÉ™ türk yazıçılarından Tofiq FikrÉ™tin, Namiq Kamalın, MÉ™hmÉ™d Æ?minin É™sÉ™rlÉ™ri ilÉ™ dÉ™ tanış olur. SÉ™si olduÄŸundan gözÉ™l oxuyur, mÉ™harÉ™tlÉ™ ÅŸeir deyir, hÉ™vÉ™skar tamaÅŸalarda çıxış edirdi.
    1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.
    Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
    Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
    Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
    Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:
    Aşiqəm insana və təbiətə,
    Æ?lim qÉ™lÉ™m tutub yazandan bÉ™ri…


    1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.
    Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.
    1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
    Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.
    O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:
    Yusifin, Vaqifin görüm var olsun,
    Aybəniz hamıdan bəxtiyar olsun.
    Yüz il də Vurğuna Xavər yar olsun,
    Æ?n É™ziz sirdaşım, kömÉ™yim sÉ™nsÉ™n .


    Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:
    Axıtdım alnımın inci tərini,
    Yanmadım ömrümün iki ilinə.
    Rusiya şeirinin şah əsərini
    Çevirdim ilk dəfə türkün dilinə.

    Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
    1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.
    1937-1938-ci illərin məlum hadisələri - qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.
    Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.
    1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.
    1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.
    Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:
    Bilsin ana torpaq, eşitsin Vətən,
    Müsəlləh əsgərəm mən də bu gündən.


    - misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.
    Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.
    Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.
    1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.
    1945-ci ildÉ™ yazdığı fÉ™lsÉ™fi dram olan «İnsan»da ÅŸair gÉ™lÉ™cÉ™yi romantik vüsÉ™tlÉ™ É™ks etdirmÉ™yÉ™ çalışmış, müharibÉ™nin odlu-alovlu günlÉ™ri içərisindÉ™ insan zÉ™kasının qüdrÉ™tini göstÉ™rmiÅŸdir. SÉ™mÉ™d VurÄŸun mÉ™qalÉ™lÉ™rinin birindÉ™ yazırdı: «MÉ™n «İnsan» adlı beÅŸ pÉ™rdÉ™li mÉ™nzum dram üzÉ™rindÉ™ iÅŸlÉ™yirÉ™m. «İnsan» mÉ™nim dördüncü mÉ™nzum dramımdır. Æ?sÉ™r üzÉ™rindÉ™ böyük bir zövqlÉ™ iÅŸlÉ™yirÉ™m, çünki tarixi mövzuda yazılmış É™vvÉ™lki üç pyesimdÉ™n fÉ™rqli olaraq mÉ™n birinci dÉ™fÉ™ öz müasirlÉ™rimin surÉ™tinÉ™ müraciÉ™t etmiÅŸÉ™m, onların gÉ™lÉ™cÉ™k nÉ™slini tÉ™svir etmÉ™k É™zmindÉ™yÉ™m.»
    Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
    SÉ™mÉ™d VurÄŸun tÉ™kcÉ™ məşhur ÅŸair deyil, eyni zamanda böyük alim, É™vvÉ™zsiz təşkilatçı vÉ™ nÉ™zÉ™riyyəçi idi. 1945-cı ildÉ™ o, AzÉ™rbaycan SSR ElmlÉ™r Akademiyasının akademiki seçilmiÅŸdir. ElÉ™ hÉ™min il Bakıda İranla MÉ™dÉ™ni Æ?laqÉ™lÉ™r CÉ™miyyÉ™ti yaranır. Bu cÉ™miyyÉ™tin başçısı SÉ™mÉ™d VurÄŸun tÉ™yin edilir. İlk günnÉ™n ÅŸair tÉ™rÉ™findÉ™n cÉ™miyyÉ™tin qarşısında duran vÉ™zifÉ™lÉ™r tÉ™yin edilir. O, İran AzÉ™rbaycanı ilÉ™ AzÉ™rbaycan SSR-i arasında mÉ™dÉ™ni körpü yaradılması iÅŸindÉ™ fÉ™al iÅŸtirak edir.
    Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
    1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.
    1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.
    O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.
    Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (194, «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
    Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
    Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)
    1953-cü ildÉ™ ölkÉ™dÉ™ vÉ™ respublikada böyük dÉ™yiÅŸikliklÉ™r baÅŸ verir. SÉ™mÉ™d VurÄŸunu ElmlÉ™r Akademiyasının vitse-prezidenti vÉ™zifÉ™sinÉ™ tÉ™yin edirlÉ™r. İşlÉ™diyi dövrdÉ™ ictimai elmlÉ™r qarşısında böyük problemlÉ™r qoyur, saatlarla bu problemlÉ™rin, elmi É™sÉ™rlÉ™rin müzakirÉ™lÉ™rini keçirir, problemlÉ™rin hÉ™llini təşkil edir. HÉ™ddÉ™n ziyadÉ™ xeyirxah bir insan olan SÉ™mÉ™d VurÄŸun vitse-prezident vÉ™zifÉ™sindÉ™ çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömÉ™k É™lini uzatmışdır. AkademiklÉ™rdÉ™n Sara AÅŸurbÉ™yovanın, PüstÉ™xanım Æ?zizbÉ™yovanın ElmlÉ™r Akademiyasına gÉ™lmÉ™lÉ™ri SÉ™mÉ™d VurÄŸunla baÄŸlıdır. Bundan É™lavÉ™, dilçi alimlÉ™rdÉ™n Türkan Æ?fÉ™ndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal MÉ™mmdov vÉ™ onlarla belÉ™ insanların elmÉ™ gÉ™lmÉ™si SÉ™mÉ™d VurÄŸunun tÉ™kidi vÉ™ kömÉ™kliyi nÉ™ticÉ™sindÉ™ olub. Moskvaya oxumaÄŸa göndÉ™rdiyi aspirantların ailÉ™sinÉ™ kömÉ™k edÉ™r, tÉ™qaüdü az olanlara maddi yardım göstÉ™rÉ™rdi.
    O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
    1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:
    Vaxtsız əcəl, məndən uzaq dolan, dur
    Qürbət eldə can vermərəm ölümə!
    Qılıncını məndən uzaq dolandır
    Onu bil ki, qələm aldım əlimə,
    Qürbət eldə can vermərəm ölümə.

    Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…
    1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.
    Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…
    Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
    Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.
    1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.

    Bölümdə olan digər mövzularla tanış olur::

    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ Maestro; 13.05.2009 в 15:35

  2. Göstərilən 6 foksarik bu posta görə Maestro üçün təşəkkür etdilər:

    Attractive (24.11.2009), Aze-Man (27.11.2009), Ely@ (22.12.2009), Lali (13.05.2009), ul-via (13.05.2009)

  3. 13.05.2009, 15:35


  4. #2
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Re: Səməd Vurğun-həyat və yaradıcılığı

    Ana (1927)

    Pək cocuğdum, yerə gömdülər səni,
    Həyata qanadsız atdılar məni.
    Bax, necə pozulub ömür gülşəni,
    Həyat sənsiz mənə zindandır, ana!

    Qoynunda bəslənir gözəl diləklər,
    Layiqdir səcdəyə sənə mələklər,
    Nerdəsən, gözlərim həp səni bəklər,
    Bax evladın nasıl giryandır, ana!

    Sən bir günəş idin, doğdum da, batdın,
    Yazıq evladını qəmlərə atdın.
    Bir cavab ver, hanki murada çatdın
    Torpaqlarda neçə zamandır, ana!

    Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
    Æ?zizim anacan, gözüm anacan!
    Yumuq gözlərini aç da bir oyan,
    Şimdi zaman başqa zamandır, ana!

    Yıxılıb payinə öpmək istərəm,
    Analıq mehrini görmək istərəm,
    Səni görmək üçün ölmək istərəm,
    Təsəlim ah ilə fəğandır, ana!


    Bir səs (1940)

    Qərib bir səs gəldi bu gün qəlbimdən:
    Ömrün baharında öləcəyəm mən…
    Didib parçaladı bağrımı bu qəm,
    Üzümə boylandı əlimdə qələm!
    Of…Bu səs! Nə qədər ömrümə yaddır.
    Mənim ki, gəncliyim qəmdən azaddır!
    Qayadanmı qopdu bu daşqəlbli səs?
    Həyat öz oğlunu vaxtsız itirməz!
    Dağılın başımdan qara xəyallar.
    Hələ arzularım, əməllərim var.
    Qapımdan getməmiş ömrün ayağı,
    Dövran mənzilimə dost gələcəkdir,
    Azəri yurdunun şer bayrağı
    Mənim sənətimlə yüksələcəkdir.


    Həyat fəlsəfəsi (1942)

    Quşlar qatar-qatar ellərdən keçər,
    Bəşər nəsil-nəsil dünyadan köçər;
    İnsanlıq gah zəhər, gah şərbət içər…
    Æ?zÉ™ldÉ™n belÉ™dir hökmü zamanın -
    Düyümlü bir sirri var asimanın!

    Çarxını qurduqça dövranın əli
    Bəzən ağlar olur, bəzən gülməli…
    İnsanın ən böyük eşqi, əməli
    Bəzən aslan kimi çırpınır darda,
    Bəzən də qərq olur fırtınalarda…

    Dəyişir səmtini daima sular,
    Dəyişir fikirlər, dönür duyğular.
    Kainat tutmayır bir yerdə qərar:
    - Çarpır sinəsini qayalıqlara-
    O gah qışa çıxır, gah da bahara!

    Dünya binasını qurandan bəri
    Səadət adlanan o gözəl pəri
    Gəl! - deyə səsləmiş qərinələri;
    Yazıqlar olsun ki, hələ insanlıq
    Gəlib qovuşmamış ona bir anlıq.

    Ey dünya gözəli, qaçma bəşərdən!
    İnsandır ayıran xeyiri bəşərdən!
    Gəl onun eşqini ücüz tutma sən, -
    Qəlbi var, hissi var hər məhəbbətin,
    Qaralmaz ulduzu əbədiyyatın!…

    Ölüm bir iblisdir, həyat bir mələk!
    Varlığı izləyir heçlik kölgə tək…
    İşıq qaranlıqla pəncələşərək
    Yaşatmaq istəyir cahanda bizi,
    Günəş salamlayır iradəmizi!

    Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
    Dilsiz əsrlərdən mirasdır bizə.
    Æ?sir bahar yeli qÉ™lblÉ™rimizÉ™,
    Lakin arxasınca kəfən geyir qış,
    Təbiət varlığa belə qarğamış.

    Bir bayram sözü var, bir də ki, matəm,
    Nəşə bir aləmdir, qüssə bir aləm.
    Həyat öz atını sürür dəmadəm;
    Odlar içində də hər bir mənzərə
    Yenə qanad verir düşüncələrə!

    Yenə də insanın xəyal şəhpəri
    Gəzir fəzaları, göy dənizləri.
    Sən ey səadətin gözəl pak əməlini,
    Uzat yer üzünə hünər əlini!

    Zamandır, bəşərin imdadına gəl!
    Xəstə bir gözəldir hünərsiz əməl…
    Hünər söylədiyim o qüdrətli əl
    Bütün kainata qoy qanad gərsin,
    Bəşər karvanına o yol göstərsin.

    Hünər qanad versin torpağa, daşa,
    Dənizlər çatılıb gəlsin baş-başa…
    Azadlıq ordusu varsın birbaşa,
    Hər zəfər dastanı yadigar olsun,
    Ölüm təslim olsun, həyat var olsun!

    Dünyaya bir şöhrət yaranmışıq biz,
    Günəş çökməmişdir qaranlığa diz.
    Qoy ölsün yamanlıq, o xain iblis!…
    Yaxşılıq çağırsın hər qəlbin neyi,
    Qurtaraq zəncirdən Prometeyi…

    Fəlakət qocalmış…qartdır o köpək.
    Onun sümükləri tez çürüyəcək…
    Səadət - gənclikdir, adı - gələcək!
    Onun gözlərində həyat eşqi var-
    Var olsun gələcək! Var olsun bahar!


    DaÄŸlar (1943)

    Binələri çadır- çadır
    Çox gəzmişəm özüm, dağlar!
    Qüdrətini sizdən aldı
    Mənim sazım, sözüm, dağlar!

    Maral gəzər asta – asta,
    Enib gələr çeşmə üstə.
    Gözüm yolda, könlüm səsdə,
    Deyin, necə dözüm, dağlar?

    Hər obanın bir yaylağı,
    Hər tərlanın öz oylağı;
    Dolaylarda bahar çağı:
    Bir doyunca gəzim, dağlar!

    Qayaları baş – başadır,
    Güneyləri tamaşadır.
    Gödək ömrü çox yaşadır,
    Canım dağlar, gözüm dağlar!

    Bir qonağam bu dünyada,
    Bir gün ömrüm gedər bada;
    VurÄŸunu da salar yada
    Düz ilqarlı bizim dağlar

    Şair nə tez qocaldın sən?! (1953)

    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!

    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal…
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!

    Ovçuluğa meyil saldım,
    Gecə – gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə – süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?

    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!

    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Æ?limdÉ™dir hÉ™lÉ™ qÉ™lÉ™m…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!

  5. #3
    Qeydiyyat
    Dec 2008
    Ünvan
    Parçalanmış Məmləkət!
    İsmarıc sayı
    1,949
    Təşəkkür edirəm!
    4,065
    Təşəkkür alıb: 2,009 dəfə, İsmarıc; 1,019

    По умолчанию Re: Səməd Vurğun-həyat və yaradıcılığı

    Səməd Vurğun Azərbaycan gözəl şairlərindən biridir.Amma Onun o Bolşeviklerlə iş birliyi və Resulzadəni Təhqir etməsi indiyədək mənə çatmır.
    Bir qalıram belə????
    Ahlakın meydana gelmesinde en önemli sebep soydur. Bir toplumun ahlakı,
    soyunun karışması ile değişebilir.


    Nihal Atsız

  6. #4
    Qeydiyyat
    May 2008
    Ünvan
    ...
    İsmarıc sayı
    753
    Təşəkkür edirəm!
    2,301
    Təşəkkür alıb: 3,392 dəfə, İsmarıc; 1,918

    По умолчанию Re: Səməd Vurğun-həyat və yaradıcılığı

    Mən Tələsmirəm (1954)

    Dostlar, badələri qaldırın içək!
    Gecə, ulduzludur, hava da sərin.
    Demirəm məst olub dünyadan keçək…
    Deyirəm mehriban düşüncələrin
    İsti qücağında qızınaq bir az…
    Qoy uzansın gecə, geciksin səhər,
    Yuxuya getməsin məclisdəkilər –
    Mənim söhbətimdən yorulmaq olmaz.
    Hələ yer üstündə, insan yanında
    Deyib danışmaqdan doymamışam mən…
    Uzadaq ömrünü hər bir anın da,
    Yel kimi keçməsin vaxt üstümüzdən…
    Bu aylı gecədə, bu dağ döşündə,
    Bu sazlı, söhbətli bulaq başında
    Bu saat, bu dəm
    Heç yana, heç yerə mən tələsmirəm!

    Sevgilim, qolunu boynuma dola!
    Demə ki, yorğunam, ya qocalmışam.
    Mən hələ dünyadan nə zövq almışam?
    Dur, bütün aləmi gəzək qol-qola!
    Yenə də fikrimin səyyar yelkəni
    Dənizdən – dənizə atsa da məni,
    Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
    Dur, bütün aləmi gəzək qol – qola,
    Sellərdən, sulardan yeyin axsam da,
    Şimşəklə yanaşı göydə çaxsam da,
    Nə şadlıq səyirtsin atını, nə qəm,
    Heç yana, heç yerə mən tələsmirəm!

    Sən də, ovçu dostum, tələsmə sən də,
    Bu qəlbi dağları qoy asta aşaq.
    O çay yanındakı yaşıl çəməndə
    Asta addımlayıb ağır dolaşaq.
    Hər güllə, çiçəyə salam verməsəm,
    Xoş üz göstərməsəm, xoş üz görməsəm;
    Nanələr, reyhanlar inciyər məndən.
    Güllərin yarpağı tökülər dən – dən…
    Odur ki, yel olub çöldə əsmirəm,
    Heç yana, heç yerə mən tələsmirəm!

    Bulud tez keçməsin başımın üstdən,
    Çay da yavaş axsın…sular boyunca.
    Baxım hər zərrəyə, baxım doyunca…
    Ürək tərpənməyir ötərgi səsdən,
    Nə çıxar bir anlıq yanan həvəsdən?

    Elə zənn etmə ki, ağırlaşmışam,
    Ayağı sarıqlı şikəst bir quşam…
    Qoy dünya böyüsün, zaman uzansın,
    Bir günün ərzində aylarla yansın
    Al günəş üzündən nur yağa – yağa..
    Ömrün kitabını tamamlamağa
    Çox da can atmasın əlimdə qələm,
    Mən tələsmirəm,
    Mən tələsmirəm!


    Azərbaycan (1933)

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları
    Sınamışam dostu, yarı

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana,
    Hankı səmtə, hankı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!

    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə
    Boğar aylar, illər məni,
    Qınamasın ellər məni.

    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır;
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Düşdün uğursuz dillərə,
    Nəhs aylara, nəhs illərə,
    Nəsillərdən-nəsillərə
    Keçən bir şöhrətin vardır;
    Oğlun, qızın bəxtiyardır...

    Hey baxıram bu düzlərə,
    Alagözlü gündüzlərə,
    Qara xallı ağ üzlərə
    Könül istər şer yaza;
    Gəncləşirəm yaza-yaza...

    Bir tərəfin bəhri-Xəzər,
    Yaşılbaş sonalar gəzər;
    Xəyalım dolaşar gəzər
    Gah Muğanı, gah Eldarı.
    Mənzil uzaq, ömür yarı!

    Sıra dağlar, gen dərələr,
    Ürək açan mənzərələr...
    Ceyran qaçar, cüyür mələr,
    Nə çoxdur oylağın sənin!
    Aranın, yaylağın sənin.

    Keç bu dağdan, bu arandan,
    Astaradan, Lənkərandan.
    Afrikadan, Hindistandan
    Qonaq gəlir bizə quşlar,
    Zülm əlindən qurtulmuşlar...

    Bu yerlərdə limon sarı,
    Æ?yir, salır budaqları;
    Dağlarının dümağ qarı
    Yaranmışdır qarlı qışdan
    Bir səngərdir yaranışdan.

    Lənkəranın gülü rəng-rəng,
    Yurdumuzun qızları tək.
    Dəmlə çayı tök ver görək
    Anamın dilbər gəlini!
    Yadlara açma əlini.

    Sarı sünbül bizim çörək,
    Pambığımız çiçək-çiçək.
    Hər üzümdən bir şirə çək
    Səhər-səhər acqarına,
    Qüvvət olsun qollarına.

    Min Qazaxda köhlən ata,
    Yalmanına yata-yata,
    At qan-tərə bata-bata,
    Göy yaylaqlar belinə qalx,
    Kəpəz dağdan Göy gölə bax!

    Ey azad gün, azad insan,
    Doyunca iç bu bahardan!
    Bizim xallı xalçalardan
    Sər çinarlar kölgəsinə,
    Alqış günəş ölkəsinə!

    Könlüm keçir Qarabağdan,
    Gah bu daÄŸdan, gah o daÄŸdan.
    Axşamüstü qoy uzaqdan
    Havalansın Xanın1 səsi,
    Qarabağın şikəstəsi.

    Gözəl vətən! Mənan dərin,
    Beşiyisən gözəllərin!
    Aşıq deyər sərin-sərin,
    Sən günəşin qucağısan,
    Şer, sənət ocağısan.

    Ölməz könül, ölməz əsər,
    Nizamilər, Füzulilər!
    Æ?lin qÉ™lÉ™m, sinÉ™n dÉ™ftÉ™r,
    De gəlsin hər nəyin vardır,
    Deyilən söz yadigardır.

    Bir dön bizim Bakıya bax,
    Sahilləri çıraq-çıraq,
    Buruqları hayqıraraq
    Nərə salır boz çöllərə,
    İşıqlanır hər dağ, dərə!

    Nazlandıqca sərin külək,
    Sahillərə sinə gərək.
    Bizim Bakı – bizim ürək!
    İşıqdadır qüvvət sözü,
    Səhərlərin ülkər gözü.

    Gözəl vətən! O gün ki sən
    Al bayraqlı bir səhərdən
    İlham aldın... yarandım mən.
    Gülür torpaq, gülür insan,
    Qoca Şərqin qapısısan!

    Dinlə məni, gözəl vətən!
    Bir söz gəlir ürəyimdən:
    Partiyanın eşqilə sən,
    Güləcəksən hər bir zaman,
    Azərbaycan, Azərbaycan!

  7. #5
    Qeydiyyat
    Apr 2009
    Ünvan
    ♀ B cтране чудеÑ? ♂
    İsmarıc sayı
    6,983
    Təşəkkür edirəm!
    10,879
    Təşəkkür alıb: 11,348 dəfə, İsmarıc; 4,305

    По умолчанию Re: Səməd Vurğun

    Mənim Azərbayca ədəbiyyatında ən sevdiyim şairlərdən biri. Onun əsərləri mənin ədəbiyyat aləminə səyahətimdə bir növ əlifba rolunu oynayıb. =)) Şeirlərinin dili o qədər səlis, o qədər musiqilidir ki adam həzz almaya bilmir.
    Onun haqqında Uolter Mey (İngiltərə) gözəl sözlər deyib:

    Füsunkar Azərbaycanı, ağ saçlı Qafqazı vəsf edən Səməd Vurğun təkcə bizim yox, bütün dairələrin və gələcək nəsillərin müasiri olaraq qalır və qalacaq. Mən onun poeziyasını hədsiz dərəcədə sevirəm. Dünyaya belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa – Azərbaycan torpağına və xalqına minnətdarlığımı bildirirəm.

    MÉ™ndÉ™n nifrÉ™t edÉ™nlÉ™rÉ™ nifrÉ™t etmÉ™yÉ™ vaxtım yoxdur. Çünki, mÉ™nÉ™ dÉ™yÉ™r verÉ™nlÉ™ri sevmÉ™klÉ™ məşqulam. (Ñ?) ♥



    Sənə pislik edənləri, yaxşılığınla utandır..

  8. Göstərilən foksarik bu posta görə ul-via üçün təşəkkür etdi:

    Onder (24.11.2009)

  9. #6
    Qeydiyyat
    Sep 2009
    Ünvan
    Baki seheri
    İsmarıc sayı
    2,741
    Təşəkkür edirəm!
    344
    Təşəkkür alıb: 100 dəfə, İsmarıc; 48

    По умолчанию Re: Səməd Vurğun

    Antiran,yerlimnen isin olmasin


    Ala Gözler

    Yene qılıncını çekdi üstüme,
    Qurbanı olduğum o ala gözler.
    Yene cellad olub durdu qesdime;
    Qelem qaş altında piyale gözler!

    Başımdan getmişdi sevdanın qemi,
    Xeyalım gezirdi, bütün alemi.
    Bu dustaq könlümü deyin yenemi
    Çekdiniz sorğuya, suala gözler

    Sevda yolçusuyam ezel yaşımdan,
    Könlüm ayrı gezir, can sirdaşımdan.
    Dağıdır huşumu, alır başımdan
    Süzülüb gedende xeyala gözler!

    Gerdenin minadır, boyun tamaşa,
    Ay da hesed çekir o qelem qaşa!
    Bir cüt ulduz kimi verib baş-başa
    Yanıb şöle salır, camala gözler!
    ЕÑ?ть Только Два Человека ДоÑ?тойные СравнениЯ Ñ?о Мной, Ñ?то Я Ñ?егоднÑ? и Я завтра....


    Лучше менÑ? будет только моÑ? Дочь!

  10. #7
    Qeydiyyat
    Dec 2008
    Ünvan
    Parçalanmış Məmləkət!
    İsmarıc sayı
    1,949
    Təşəkkür edirəm!
    4,065
    Təşəkkür alıb: 2,009 dəfə, İsmarıc; 1,019

    По умолчанию Re: Səməd Vurğun

    Ay gecelerim yerlin gözəl şair ola bilər.Buna şübhəm yoxdu.Bu o bölgənin yetirməsidi istedadı.
    Amma bir Vətəndaş kimi bir Millət oğlu kimi..Nə bilim eee Millət üçün gərəkəni etməyib.Sadəcə şəxsi mənafeyin güdüb canı sağ qalsın yeter.Amma onu bunu satmaqla ömrünü yola verib.Onu isə Azərbaycan ədəbiyyatında "asılı"(düşüb itməsin) saxlayan Gözəl şerləri olub.Komnizimi tərifləyən lelinə duallar yağdıran.
    Unutmayın ki bunlar sadəcə mənim fikrimid.!
    Ahlakın meydana gelmesinde en önemli sebep soydur. Bir toplumun ahlakı,
    soyunun karışması ile değişebilir.


    Nihal Atsız

  11. Göstərilən foksarik bu posta görə Antiran üçün təşəkkür etdi:


  12. #8
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    MÉ™n digÉ™r mövzuda da bu barÉ™dÉ™ yazmışdım. Æ?dÉ™bi cÉ™hÉ™tdÉ™n heç bir etirazım yoxdu, gözÉ™l yazır. TÉ™biÉ™t vÉ™ sevgi barÉ™dÉ™ yazıb yaxı edib. Lakin soveti daÄŸ başına qaldırıb, amma heç vaxt çata bilmÉ™yÉ™cÉ™yi RÉ™sulzadÉ™ni tÉ™hqir etmÉ™yi onu bir insan kimi gözümdÉ™n düşmÉ™yÉ™ vadar etdi, halbuki onun haqqında ÅŸÉ™xsi anlamda çox ey eÅŸitmiÅŸdim.

    Gecələrim, inan sənin fəxr edəsi çoxlu yerlilərin var, amma inan ki, bu həmin şəxs deyil...
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  13. Göstərilən 2 foksarik bu posta görə Onder üçün təşəkkür etdilər:

    Antiran (24.11.2009)

  14. #9
    Qeydiyyat
    Apr 2009
    Ünvan
    ♀ B cтране чудеÑ? ♂
    İsmarıc sayı
    6,983
    Təşəkkür edirəm!
    10,879
    Təşəkkür alıb: 11,348 dəfə, İsmarıc; 4,305

    По умолчанию Re: Səməd Vurğun

    Həmişəki kimi yaradıcılığı siyasi görüşlərə qatırsınız.Millət bu insan ədəbiyyatımızda illərbəri sürən iran-fars sözləri ilə dolu çətinliyi su kimi duruldanlardandır. Vaqifdən sonra ədəbiyyatımıza yeni ruh, nəfəs verib.
    Onun siyasi davranışı dövrün tələbi idi. Mədhiyyə yazmaq günahdırsa, onda bütün saray şairlərini yıxın sürüyün. Yəni demək olar ki, bütün Azərbaycan şairlərini
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ ul-via; 20.05.2011 в 13:05

    MÉ™ndÉ™n nifrÉ™t edÉ™nlÉ™rÉ™ nifrÉ™t etmÉ™yÉ™ vaxtım yoxdur. Çünki, mÉ™nÉ™ dÉ™yÉ™r verÉ™nlÉ™ri sevmÉ™klÉ™ məşqulam. (Ñ?) ♥



    Sənə pislik edənləri, yaxşılığınla utandır..

  15. #10
    Qeydiyyat
    Sep 2009
    Ünvan
    Baki seheri
    İsmarıc sayı
    2,741
    Təşəkkür edirəm!
    344
    Təşəkkür alıb: 100 dəfə, İsmarıc; 48

    По умолчанию Re: Səməd Vurğun

    O ne meseledi mene de deyin:???:Niye soyub?men esitmemisem ele sey:???:
    ЕÑ?ть Только Два Человека ДоÑ?тойные СравнениЯ Ñ?о Мной, Ñ?то Я Ñ?егоднÑ? и Я завтра....


    Лучше менÑ? будет только моÑ? Дочь!

  16. #11
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    Цитата Сообщение от ul-via ПоÑ?мотреть Ñ?ообщение
    Həmişəki kimi yaradıcılığı siyasi görüşlərə qatırsınız.
    Millət bu insan ədəbiyyatımızda illərbəri sürən iran-fars sözləri ilə dolu çətinliyi su kimi duruldanlardandır. Vaqifdən sonra ədəbiyyatımıza yeni ruh, nəfəs verib.
    Onun siyasi davranışı dövrün tələbi idi. Mədhiyyə yazmaq günahdırsa, onda bütün saray şairlərini yıxın sürüyün. Yəni demək olar ki, bütün Azərbaycan şairlərini.
    Ul-via, saray ÅŸairi olanda nÉ™ olar ki? SÉ™nin saray ÅŸairi dediyin Nizami dÉ™, Füzuli dÉ™ lazım olanda xalqın sözünü sÉ™tiraltı mÉ™nalarla çatdırıb. Æ?vvÉ™l dÉ™ demiÅŸÉ™m, indi dÉ™ qeyd edirÉ™m, onun yaradıcılıq qabiliyyÉ™tinÉ™ şübhÉ™m yoxdu. Lakin insanda gÉ™rÉ™k... NÉ™ isÉ™... LÉ™nÉ™t ÅŸeytana... NÉ™ demÉ™k istÉ™diyimi anlayanlar anladı...

    Ul-via, Zəlimxan Yaqub da heç pis yazmır, yəni ki, malı-mala qatma

    Цитата Сообщение от gecelerim ПоÑ?мотреть Ñ?ообщение
    O ne meseledi mene de deyin:???:Niye soyub?men esitmemisem ele sey:???:
    SöymÉ™yib ay GecÉ™lÉ™rim, tÉ™hqir edib hardasa... Æ?li yaÄŸlı, aÄŸzı isti yerdÉ™ olanda "Hanı o RÉ™sulzadÉ™lÉ™r?" deyÉ™ bir söz iÅŸlÉ™dib öz É™sÉ™rindÉ™. Halbuki, bunu demÉ™yÉ™ onun heç bir haqqı yox idi, çünki yaÅŸadığı AzÉ™rbaycan SSR-nin var oluÅŸu ehyam vurduÄŸu kiÅŸilÉ™rin hesabına qorunub saxlanmışdı. İndi iÅŸdÉ™yÉ™m, vaxtım olanda PM-lÉ™ onun haqqında 1-2 söz dÉ™ deyÉ™rÉ™m nifrÉ™t edÉ™rsÉ™n
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  17. Göstərilən 2 foksarik bu posta görə Onder üçün təşəkkür etdilər:

    Antiran (24.11.2009)

  18. #12
    Qeydiyyat
    Apr 2009
    Ünvan
    ♀ B cтране чудеÑ? ♂
    İsmarıc sayı
    6,983
    Təşəkkür edirəm!
    10,879
    Təşəkkür alıb: 11,348 dəfə, İsmarıc; 4,305

    По умолчанию Re: Səməd Vurğun

    Цитата Сообщение от Onder ПоÑ?мотреть Ñ?ообщение
    Ul-via, saray ÅŸairi olanda nÉ™ olar ki? SÉ™nin saray ÅŸairi dediyin Nizami dÉ™, Füzuli dÉ™ lazım olanda xalqın sözünü sÉ™tiraltı mÉ™nalarla çatdırıb. Æ?vvÉ™l dÉ™ demiÅŸÉ™m, indi dÉ™ qeyd edirÉ™m, onun yaradıcılıq qabiliyyÉ™tinÉ™ şübhÉ™m yoxdu. Lakin insanda gÉ™rÉ™k... NÉ™ isÉ™... LÉ™nÉ™t ÅŸeytana... NÉ™ demÉ™k istÉ™diyimi anlayanlar anladı...

    Ul-via, Zəlimxan Yaqub da heç pis yazmır, yəni ki, malı-mala qatma
    Öndər əfəndi şər atmayın, malı mala qatmıram qətiyyən.Mənim Zəlimxanın şairliyinə şübhəm yoxdur, amma bəyənmirəm düzü. Nəsə elə bil yapışmır ləhcəsi mənə
    Nə demək istədiyini bilirəm. İnsanlıq adından, siyasi davranış və insani davranışlar baxımından dəyərləndirmə aparırsan.
    Bir də mən onun dilindən deyilən bir sitat var, öz yerliləri barədə, heç vaxt inanmamışam ki özü yazıb və ya deyib. Boş söhbətdir.

    GÉ™l sÉ™nÉ™ MÉ™mmÉ™d Æ?min RÉ™sulzadÉ™`dÉ™n bir sitat gÉ™trim. (S.VurÄŸunun rÉ™smi saytındandır)

    MÉ™mmÉ™d Æ?min RÉ™sulzadÉ™ («ÇaÄŸdaÅŸ AzÉ™rbaycan É™dÉ™biyyatı» É™sÉ™rindÉ™n):
    - «Vaqif» XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Mola Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır… Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi yerləri birgə gözdən keçirək…


    Æ?gÉ™r MÉ™mmÉ™d Æ?min bÉ™y onun yaradıcılığı barÉ™dÉ™ bu cür yüksÉ™k fikir söylÉ™yibsÉ™, demÉ™li yaradıcılıq vÉ™ insanlıq kimi anlayışları fÉ™rqlÉ™ndirÉ™cÉ™k qÉ™dÉ™r É™dalÉ™tli isan olub.
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ ul-via; 20.05.2011 в 13:06

    MÉ™ndÉ™n nifrÉ™t edÉ™nlÉ™rÉ™ nifrÉ™t etmÉ™yÉ™ vaxtım yoxdur. Çünki, mÉ™nÉ™ dÉ™yÉ™r verÉ™nlÉ™ri sevmÉ™klÉ™ məşqulam. (Ñ?) ♥



    Sənə pislik edənləri, yaxşılığınla utandır..

  19. #13
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    Ul-via, yəni sən iddia edirsən ki, o həmin kəliməni işlətməyib?

    P.S. "Æ?fÉ™ndi"siz
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  20. #14
    Qeydiyyat
    May 2009
    Ünvan
    Bakı
    İsmarıc sayı
    2,560
    Təşəkkür edirəm!
    5,876
    Təşəkkür alıb: 2,451 dəfə, İsmarıc; 1,120

    По умолчанию Re: Səməd Vurğun

    SÉ™mÉ™d VurÄŸunun É™sÉ™rlÉ™rini bÉ™yÉ™nirÉ™m.Amma M.Æ?.RÉ™sulzadÉ™ haqqında nÉ™sÉ™ demÉ™sini eÅŸitmÉ™miÅŸdim,indi bildim.
    Æ?gÉ™r bir gün özünü tÉ™rk edilmiÅŸ hiss elÉ™sÉ™n,söylÉ™ mÉ™nÉ™..AÄŸlamağını durdura bilÉ™cÉ™yimÉ™ söz vermirÉ™m,amma sÉ™ninlÉ™ aÄŸlaya bilÉ™rÉ™m.

  21. #15
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    Bir çox ÅŸerlÉ™rini oxuyub É™dÉ™bi cÉ™hÉ™tdÉ™n zövq almaq olar, lakin onu daÄŸ başına qaldırıb ona verilÉ™n (bu adı qazanan çox az ÅŸair var) "xalqın ÅŸairi" kimi xitab etmÉ™k? Æ?SLA!!!
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ Onder; 24.11.2009 в 17:23
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  22. Göstərilən foksarik bu posta görə Onder üçün təşəkkür etdi:

    Antiran (24.11.2009)

  23. #16
    Qeydiyyat
    Apr 2009
    Ünvan
    ♀ B cтране чудеÑ? ♂
    İsmarıc sayı
    6,983
    Təşəkkür edirəm!
    10,879
    Təşəkkür alıb: 11,348 dəfə, İsmarıc; 4,305

    По умолчанию Re: Səməd Vurğun

    Цитата Сообщение от Onder ПоÑ?мотреть Ñ?ообщение
    Ul-via, yəni sən iddia edirsən ki, o həmin kəliməni işlətməyib?

    P.S. "Æ?fÉ™ndi"siz
    Hətta deyibsə belə..İnsan şəxsi həyatında baş verən hər hansı bir sarsıdıcı hadisənin təsiri altında olanda hər cür söz deyə bilər. Nəzərə alsaq ki, sənətkar ruhu daha kövrək və həssas olub, bunu da həmin an hisslərinin təsiri altında yazıb, başa düşmək olar. Səhvsiz insan olmur.


    Цитата Сообщение от Onder ПоÑ?мотреть Ñ?ообщение
    Bir çox ÅŸerlÉ™rini oxuyub É™dÉ™bi cÉ™hÉ™tdÉ™n zövq almaq olar, lakin onu daÄŸ başına qaldırıb ona verilÉ™n (bu adı qazanan çox az ÅŸair var) "xalqın ÅŸairi" kimi xitab etmÉ™k? Æ?SLA!!!
    Məncə yox. Ona xalqın ən yaxşı insanı , xalqın şəxsiyyəti, xalqın idealı və s. bəlkə də demək olmaz, amma Xalq şairi ona layiqdir. Şair şeir yaradandır, şeiri isə Səməd yaradıb, özü də necə lazımdır.
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ ul-via; 20.05.2011 в 13:07

    MÉ™ndÉ™n nifrÉ™t edÉ™nlÉ™rÉ™ nifrÉ™t etmÉ™yÉ™ vaxtım yoxdur. Çünki, mÉ™nÉ™ dÉ™yÉ™r verÉ™nlÉ™ri sevmÉ™klÉ™ məşqulam. (Ñ?) ♥



    Sənə pislik edənləri, yaxşılığınla utandır..

  24. #17
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    Ul-via, bu postum bÉ™lkÉ™ dÉ™ xoÅŸuna gÉ™lmÉ™yÉ™cÉ™k, amma mÉ™n faktla danışacam. Æ?sÉ™rdÉ™n bir parça yerləşdirÉ™cÉ™m... Lakin, É™vvÉ™ldÉ™ onu qeyd edim ki, onun haqqında deyilÉ™nlÉ™r bÉ™klÉ™ (!) dÉ™ yalandı, amma ey É™ziz insan, yalan bir olar, iki olar... Yaxşı, hÉ™r ÅŸey bir qıraÄŸa, bu misralar da mÉ™nim beynimin mÉ™hsuludu?

    İndi xəbər verim oxucuma mən
    O ‘millət rəhbəri’ Rəsulzadə’dən;
    Toplamış məclisə Müsəlmanları,
    Yağlı və`dələrlə tutmuş onları;
    Deyir: ‘Türkiyə’ni çağıraq gərək,
    Bizə kömək olsun, qılınc çəkərək,
    Parlasın ədalət, mehri-hürriyyət,
    Ucalsın göylərə şərəfi-millət!..’
    -Åžarlatan!
    -Afərin!
    -Rəhbərə bir bax!..
    -Vətəni yadlara bunlar satacaq!..
    -Bir dayan!
    -NÉ™ dedin?
    O bir xaindir,
    Sözünün pərdəsi millətdir, dindir...

    Səməd Vurğun
    Ul-via, buna nə sözün? Onun şəxsi işləri özünə aiddi, amma xalqın şairi dediyin kəsin dediyi yox, yazdığı misralardır. Xalqın şairi isə belə səhv buraxmamalı idi, edibsə, deməli buna görə tarix qarşısında cavab verməli olacaq, gec ya tez...

    Hər kəsə diqqətinə görə təşəkkürlər

    P.S. "Æ?fÉ™ndi" xitabı isÉ™ hardasa rÉ™smiyyÉ™t xarakterlidi, ona görÉ™ dedim
    ------------> DİQQÆ?T! Post avtomatik olaraq birləşdirildi.
    Gələn dəfə post yazarkən, xahiş edirik fikirlərinizi tamamlayıb yazasınız.

    P.S.S. Xalqın şəxsiyyəti demək olmaz, amma xalqın şairi demək olar? Bu nə dərəcədə düzgündür səncə? Xalq şairi bir şəxsiyyətdir də, elə deyil? Yoxsa dilin çaşıb əlin düzünü yazdı?
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ Onder; 24.11.2009 в 18:04 Причина: FOX.AZ RoboCop
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  25. Göstərilən 2 foksarik bu posta görə Onder üçün təşəkkür etdilər:

    Antiran (24.11.2009), Vitamin (26.11.2009)

  26. #18
    Qeydiyyat
    Apr 2009
    Ünvan
    ♀ B cтране чудеÑ? ♂
    İsmarıc sayı
    6,983
    Təşəkkür edirəm!
    10,879
    Təşəkkür alıb: 11,348 dəfə, İsmarıc; 4,305

    По умолчанию Re: Səməd Vurğun


    Bu şeiri oxumuşdum, bunu bilib də yuxarıdakıları yazmışam.Öndər ikiüzlülük, özünü fikirləşmə istedada əngəl ola bilməz. Mənim anlayışım budur. Mən bu iki şey arasında çoxdan cığır açmışam və sənətkarlıq və insanlıq kimi anlayışları fərqləndirirəm.Mənə onun şeirinin gücü lazımdır, təsiri lazımdır, onun etdikləri isə ayrı mövzudur. İstedadı olmayan amma xalqa gündə bir xeyir verən şəxs xalq şairi ola bilər? Yox.İstedadın qarşısını ala biləcək güc yoxdur.
    ПоÑ?ледний раз редактировалоÑ?ÑŒ ul-via; 20.05.2011 в 13:07

    MÉ™ndÉ™n nifrÉ™t edÉ™nlÉ™rÉ™ nifrÉ™t etmÉ™yÉ™ vaxtım yoxdur. Çünki, mÉ™nÉ™ dÉ™yÉ™r verÉ™nlÉ™ri sevmÉ™klÉ™ məşqulam. (Ñ?) ♥



    Sənə pislik edənləri, yaxşılığınla utandır..

  27. #19
    Qeydiyyat
    May 2009
    Ünvan
    Winds City
    İsmarıc sayı
    1,717
    Təşəkkür edirəm!
    3,472
    Təşəkkür alıb: 1,541 dəfə, İsmarıc; 869

    По умолчанию Re: Səməd Vurğun

    Цитата Сообщение от ul-via ПоÑ?мотреть Ñ?ообщение

    Bu şeiri oxumuşdum, bunu bilib də yuxarıdakıları yazmışam.
    Öndər, ikiüzlülük, özünü fikirləşmə istedada əngəl ola bilməz. Mənim anlayışım budur. Mən bu iki şey arasında çoxdan cığır açmışam və sənətkarlıq və insanlıq kimi anlayışları fərqləndirirəm.
    Mənə onun şeirinin gücü lazımdır, təsiri lazımdır, onun etdikləri isə ayrı mövzudur.
    İstedadı olmayan amma xalqa gündə bir xeyir verən şəxs xalq şairi ola bilər? Yox.
    İstedadın qarşısını ala biləcək güc yoxdur.
    Sonuncu postunda qeyd etdiyim fikirlərin məncə doğru deyil, istər qəbul et, istər yox. Sən özün dediyin kimi, ikiüzlülük, özünü dərk etməyən insan... Bundan artığını ondan gözləmək isə sadəlövlük olardı...
    Ð’ Ñ?аду был абрикоÑ? - был привет, в Ñ?аду закончилÑ?Ñ? абрикоÑ? - и привет тоже... :)

    Good bye my friend's :)

  28. #20
    Qeydiyyat
    Dec 2007
    Ünvan
    Skandinaviyanin Bakisi
    İsmarıc sayı
    6,351
    Təşəkkür edirəm!
    6,233
    Təşəkkür alıb: 7,596 dəfə, İsmarıc; 3,502

    По умолчанию Re: Səməd Vurğun

    Deyib deyibde yeqin sebebsiz demeyib.Basha dushmurem Resulzade haqqinda bir söz demek olmaz? Kim ne deyibse ecceb eleyib faktlari ve sebebleri qoysun ortaliga. Fakt ve sebeb yoxdusa eks halda M.E Resulzadeye ve Semed Vurgun-a atilan butun "şər"-lərin hech biri bir mena kesb elemir ve fikir deyishdire bilmez. Semed Vurgunu gözden salmaq isteyenlerin Rezulzadeni gözden salmaq isteyenlerden hech bir ferqi yoxdur.
    No one has ever become poor by giving (c) Anne Frank


5 sÉ™hifÉ™dÉ™n 1-cisi 12345 ПоÑ?леднÑ?Ñ?ПоÑ?леднÑ?Ñ?

Thread Information

Users Browsing this Thread

There are currently 1 users browsing this thread. (0 members and 1 guests)

Ваши права в разделе

  • Ð’Ñ‹ не можете Ñ?оздавать новые темы
  • Ð’Ñ‹ не можете отвечать в темах
  • Ð’Ñ‹ не можете прикреплÑ?ть вложениÑ?
  • Ð’Ñ‹ не можете редактировать Ñ?вои Ñ?ообщениÑ?
  •  
 
ЧаÑ?овой поÑ?Ñ? GMT +5, времÑ?: 12:12.
 
Keywords: web studio, art studio, photo studio
 
Forumlarda yazılan fikirlər müstəqil istifadəçilərin şəxsi fikirləridir və Administrasiya onlara görə heç bir halda məsuliyyət daşımır.
 
© 2004-2010, Fox.AZ – İnformasiya əyləncə portalı. Bakı şəhəri, Azərbaycan.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Powered by vBulletin Copyright © 2010 vBulletin Solutions, Inc. Bütün hüquqlar Şükürzadə Studiyasına məxsusdur.
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player